Türkiyə səfiri: Regionda qurulacaq sülhdən bütün dünya qazanacaq
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Regionda qurulacaq sülh və əmin-amanlıqdan yalnız region ölkələri deyil, bütün dünya qazanc əldə edəcək.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakıda keçirilən qəbulda deyib.
O qeyd edib ki, hər kəs Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan və qəlblərə kök salmış bir qardaşlığa şahid olur:
"Tarixi Şuşa Bəyannaməsindən aldığımız ilham və cəsarətlə, "Bir millət, iki dövlət" anlayışı ilə ölkəmiz Can Azərbaycanın beynəlxalq platformalarda ən güclü dəstəkçisi olmağa davam edəcək.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğal altındakı Qarabağı azad etmiş, milli sərhədləri daxilində tam suverenliyini təmin etmişdir. Azərbaycanlı qardaşlarımız bu gün sahədə əldə etdikləri uğurları masaya da gətirib. Regionda davamlı sülhün təmin olunması, inkişafın başlaması və əlaqəliliyin artırılması üçün tarixi bir fürsət yaranmışdır. Regionda qurulacaq sülh və əmin-amanlıqdan yalnız region ölkələri deyil, bütün dünya qazanc əldə edəcək. Bu səbəbdən davamlı sülhün təmin olunması hamımızın ən böyük arzusudur".
Bu mövzuda digər xəbərlər:“SOCAR Türkiyə” regionda rolunu gücləndirir
07 Yanvar 2025 10:31
Türkiyə regionda antiterror savaşı aparır
10 Yanvar 2025 10:10
Regionda İran Azərbaycan Türkiyə birliyi yaradılsın
28 Aprel 2025 03:30
Ərdoğan: Türkiyə bütün regionda sabitliyin bərqərar olması üçün diplomatiyanın bütün vasitələrindən istifadə edir
20 İyun 2025 21:43
Regionda ən yüksək inflyasiya Türkiyə və İrandadır
23 Dekabr 2024 13:17
Baxış sayı:101
Bu xəbər 29 Oktyabr 2025 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















