Icma.az
close
up
RU
Türkiyə Suriya hadisələrinin ilk başladığı zamandan fərqli olaraq, bu dəfə balanslı siyasət yürüdəcək

Türkiyə Suriya hadisələrinin ilk başladığı zamandan fərqli olaraq, bu dəfə balanslı siyasət yürüdəcək

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Suriyanın şimal-qərbindəki silahlı müxalifət qüvvələri noyabrın 27-də çərşənbə günü hökumətə qarşı son illərin ən böyük hücumunu həyata keçirib. Şənbə günündən etibarən onlar ölkənin ikinci böyük şəhəri Hələbin çox hissəsini nəzarətə götürüblər. Qəfil hücum Suriya ordusunun qoşunlarını şəhərdən çəkməsinə səbəb olub. Rusiya Suriya ordusuna dəstək olaraq 2016-cı ildən bəri Hələbə ilk hava zərbələrini endirdi. Şəhərin nəzarətini ələ keçirməsi ilə nəticələnən Hələb hücumuna Suriyada uzun müddət münaqişədə olan cihadçı qrup “Heyetu Tahriru'ş Şam” (HTŞ) rəhbərlik edib. HTŞ 2011-ci ildə Əl-Qaidə ilə birbaşa bağlı olan Nusra Cəbhəsi adı altında yaradılıb.

“Hələbdə baş verənlər ABŞ, İsrail, Rusiya, İran və Türkiyə kimi ölkələrin Suriyanın gələcək ərazi quruluşu ilə bağlı gözləntilərinə, məqsədlərinə və əməkdaşlığına təsir edəcək hadisələrdir. Hələlik hansı dövlət tərəfindən açıq şəkildə dəstəklənməyən “Heyetu Tahriru'ş Şam” - HTŞ-nin bu fəaliyyətlərini nə vaxta qədər davam etdirə biləcəyi və kimin necə reaksiya verəcəyi bəlli deyil”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud açıqlamasında bildirib ki, proqnozlar fərqlidir: “HTŞ Təşkilatı ABŞ-dan dəstək ala bilər və onlar Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq və onun əvəzinə bu təşkilatın tərəfdarlarını gətirmək istəyə bilərlər. Çünki bu, İsrailə qarşı çıxmayan bir qrupun hakimiyyətə gəlməsini təmin edəcək. Eyni zamanda bu hücumlar nəticəsində ABŞ-ın nəzarətində olan PKK, YPG kimi qruplar güclənə və bölgədə kürd dövlətinin rəsmən elan edilməsi üçün səylər ola bilər”.

Kərəm Qarabulud

Kərəm Qarabulud hesab edir ki, İranı Suriyadan tamamilə çıxarmaqla İsrailə hücum ehtimalını zəiflətmək və İranın Hizbullaha göndərdiyi logistik dəstəyin qarşısını almaq mümkün ola bilər.

“Türkiyə ilə terror qrupları arasında qarşıdurma başlatmağa cəhd ola bilər. Bunun əksinə bu hadisələrin başlanması və Suriya rəhbərliyinin Rusiyanın dəstəyi ilə Bəşər Əsəd hakimiyyətinin qalıcılığını təmin etməsinin qarşısını almaq üçün addımlar atıla bilər. Suriyada çox kiçik dövlətlər qurmaq üçün şərait yarana bilər. Rusiya və İranın hərbi və siyasi imkanlarını zəiflətməyə cəhdlər ehtimal olunur. Bu şərhlər təkrarlana bilər. Halbuki mövcud bir fakt budur; HTŞ təşkilatı İŞİD-in davamıdır. Demək olar ki, əvvəllər bu bölgədə İŞİD-ə dəstək verənlər də bu hərəkatları dəstəkləyənlərdir”-deyən professor qeyd edib ki, burada önəmli olan Türkiyənin vəziyyətidir.

Kərəm Qarabuludun fikrincə, Türkiyə Suriya hadisələrinin ilk başladığı zamankı "tələsik" münasibətdən fərqli olaraq bu dəfə fərqli davranır və baş verənləri seyr edərək vəziyyətə uyğun mövqe tutmaq istəyir: “Türkiyə üçün ən yaxşı siyasət bu balanssız proseslər içərisində “balans siyasəti”ni izləməkdir. Əgər haqq tələb etmək lazımdırsa, bilinməlidir ki, Türkiyənin keçmişdə Osmanlı ərazisi olan Hələb və ətrafına haqqı var. Zamanla vəziyyət aydınlaşacaq. Rusiya, İran, Türkiyə və ABŞ-ın siyasətləri də reaksiyalara görə formalaşacaq. Azərbaycan bu hadisələrdə təbii ki, Türkiyənin yanında olacaq”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri