Türkiyə Suriya ilə birlikdə İdlibdə azad iqtisadi zona yaradacaq
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Suriya və Türkiyə liderləri İdlib vilayətində azad iqtisadi zonanın yaradılması ilə bağlı danışıqlar aparır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Suriya Prezidenti Əhməd Şara “Anadolu”ya müsahibəsində məlumat verib.
“Suriya ilə Türkiyə arasında regional inteqrasiya üçün əhəmiyyətli imkanlar var. Suriya Şərqlə Qərb arasında körpü rolunu oynayır. Hazırda İdlibdə prioritet sənaye sahələrinin birgə inkişaf etdirilə biləcəyi Suriya-Türkiyə azad iqtisadi zonasının yaradılması üzərində iş aparılır”, - o bildirib.
Şaraanın sözlərinə görə, İdlib Türkiyə sərhədinə yaxınlığı, eləcə də Dəməşq, Hələb və Latakiyaya gedən əsas magistral yolların qovşağında yerləşməsi səbəbindən belə bir layihənin həyata keçirilməsi üçün ən optimal bölgədir.
Prezident əlavə edib ki, Suriya hakimiyyəti türk tərəfdaşlarının dəstəyi ilə hazırda ölkənin logistika imkanlarını genişləndirmək üçün onun hava və dəniz infrastrukturunun yenidən qurulmasına fəal şəkildə investisiya qoyur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:106
Bu xəbər 17 Aprel 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















