Türkiyə və ABŞ Müdafiə nazirliklərinin rəhbərləri telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər Doğru Xəbərlər
Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə və ABŞ müdafiə nazirləri Yaşar Gülər və Lloyd Ostin arasında telefon danışığı olub, Suriyadakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Türkiyə Müdafiə Nazirliyinin saytında bildirilir.
“Söhbət zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə Suriyada baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparılıb”, – deyə nazirlik qeyd edib.
Bundan əvvəl Ağ Ev ABŞ prezidenti Co Baydenin Suriyadakı hadisələri diqqətlə izlədiyini bildirmişdi.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da Suriyaya qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edib və respublikada tezliklə sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:Türkiyə və ABŞ müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə ediblər
08 Dekabr 2024 13:02
Türkiyə və Britaniya müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə ediblər
14 Dekabr 2024 17:25
Azərbaycan və Türkiyə XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər
11 Dekabr 2024 16:03
Baxış sayı:97
Bu xəbər 08 Dekabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















