Icma.az
close
up
RU
Türkiyə XİN nümayəndəsi: Heydər Əliyevin siyasəti bütün Türk dünyasının yolunu işıqlandırdı

Türkiyə XİN nümayəndəsi: Heydər Əliyevin siyasəti bütün Türk dünyasının yolunu işıqlandırdı

Icma.az bildirir, Azertag portalına istinadən.

Ankara, 5 may, AZƏRTAC

Heydər Əliyevin siyasəti yalnız Azərbaycana deyil, bütün Türk dünyasının yoluna işıq saçdı. Böyük dövlət xadiminin anadan olmasının 102-ci ildönümündə Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsini dərin hörmətlə yad edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Ankarada keçirilən panel müzakirələri çərçivəsində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) tərəfindən təşkil olunmuş tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz departamentinin rəhbər müavini Ayşe Üzər bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycanın azadlığı və dövlətçiliyi uğrunda mübarizənin memarı olmaqla yanaşı, həm də bütün Türk dünyasının maraqlarını nəzərə alan müdrik strateq olub. “Onun məşhur “Bir millət, iki dövlət” ifadəsi dövlətlərarası münasibətlərin qurulması siyasətinin və tarixi baxışın əsasını təşkil edib. Sevindirici haldır ki, Türkiyə və Azərbaycan arasında sarsılmaz əlaqələr Heydər Əliyevin vəsiyyətləri ilə bu gün inkişaf edir, onun arzuları həyata keçir”, - deyə diplomat vurğulayıb və iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin əhəmiyyətinə diqqət çəkib.

Türkiyə XİN nümayəndəsi qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Liderinin kursu regionda Bakı-Tbilisi-Ceyhan neft kəməri, Trans-Anadolu qaz kəməri (TANAP) və Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla böyük layihələrin həyata keçirilməsinə yol açıb.

A.Üzər Ankara və Bakının davam edən uğurlu əməkdaşlığının daha bir nəticəsi kimi cari il martın 5-də İğdır-Naxçıvan qaz kəmərinin açılışını göstərib. “Naxçıvana qaz kəməri sadəcə növbəti enerji layihəsi deyil, strateji tərəfdaşlığın, ortaq iradənin və tarixi həmrəyliyin parlaq təzahürüdür. Uğurla həyata keçirilən hər bir layihə həm də Heydər Əliyevin strateji baxışının bəhrəsidir”, – deyə diplomat bildirib.

O vurğulayıb ki, “44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın qəhrəmanlıq dastanının” yekunlarına dair formalaşmış yeni geosiyasi reallıqlar fonunda Türk dünyası sülhə, birgə inkişafa və əməkdaşlığa dair iradə nümayiş etdirir.

Diplomat sonda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dialoqun əhəmiyyətinə toxunub. “Müasir mərhələdə TDT artıq uzunmüddətli sazişlərin bağlandığı beynəlxalq təşkilata çevrilib. Şuşada keçirilmiş qeyri-rəsmi TDT sammitində, o cümlədən Şimali Kipr Türk Cümhuriyyəti də daxil olmaqla bütün türk dövlətlərinin liderlərinin iştirakı bizim üçün qürur mənbəyidir”, - deyə A.Üzər bildirib, Macarıstanda və Azərbaycanda keçiriləcək növbəti sammitlərlə bağlı böyük gözləntilərini ifadə edib.

Türkiyəli diplomat Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” sözlərini sitat gətirərək, Ankara və Bakının türk ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi naminə koordinasiyalı addımlar atacağına inamını ifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri