Icma.az
close
up
RU
Türkiyədə bir ailənin 3 üzvü evdə ölü TAPILDI: Qonşu həsb edildi FOTO

Türkiyədə bir ailənin 3 üzvü evdə ölü TAPILDI: Qonşu həsb edildi FOTO

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Mardin şəhərində dəhşətli cinayət hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, rayondakı çoxmənzilli binada yaşayan Kaya ailəsinin 3 üzvü başından güllələnib.
Nəticədə 5 yaşlı uşaq, ata və anası ölü vəziyyətdə tapılıb.
Hadisə ailədən heç bir xəbər ala bilməyən qonşular sayəsində üzə çıxıb. Belə ki, evə daxil olan qonşular 37 yaşlı Mehmet Kayanı, 33 yaşlı həyat yoldaşı Berna Kayanı və 5 yaşlı qızları Samyeli Kayanı ölü halda tapıblar. Bundan sonra polisə məlumat verilib.
Hadisə yerinə polis və digər xilasetmə qrupları gəlib. Ailə üzvlərinin cəsədi ekspertiza üçün Mardin Təlim və Araşdırma Xəstəxanasının morquna aparılıb.
 

İstintaq çərçivəsində 2 nəfər qonşu saxlanılıb və ailənin qonşusu M.C.-da hadisədə istifadə olunduğu ehtimal olunan silah tapılıb. Vəkil Nurullah Öner bildirib ki, M.C. “Sübutları məhv etmə” və “Qəsdən adam öldürmə” ittihamı ilə həbs olunub. Ona kömək etdiyi iddia edilən V.E. də saxlanılıb və polis əməliyyatlarından sonra eyni ittihamla həbs edilib.


M.C istintaqa verdiyi ifadəsində bildirib ki, əslində Mehmet Kaya həm yoldaşını, həm də qızını özü öldürüb.
“Mehmet mənim qonşumdur. Təxminən 10 ildir tanışıq. Mehmet məndən ona silah tapmağımı xahiş etdi. Mən də təxminən 10 gün əvvəl çiçəkçi olan bir dostumdan 17 min TL-yə 1 ədəd silah aldım və bir gün sonra Mehmetə verdim. Mehmetin niyə silah istədiyini bilmirəm.
Bazar ertəsi, 24 noyabrda Mehmet məni çağırdı və evinə çay içməyə dəvət etdi. Evə girməzdən əvvəl mənə içində 2 qızıl bilərzik, 2 üzük, 1 sırğa, bir miqdar nağd pul, saat və təsbeh olan bir paket verdi. Niyə verdiyini soruşanda “Sənin üçün hədiyyədir”, - dedi. Sonra evə girdik, çay içdik və söhbət etdik.
 

Daha sonra, adı Mehmet olan başqa bir tanışım onu çağırdı və bir qadının gələcəyini, həmin qadını Urfadan götürüb Diyarbakıra aparmasını istədi. Mehmet də bunu qəbul etdi. Sonra bu səbəbdən həyat yoldaşı Berna ilə mübahisə etdi. Mübahisə bitdikdən sonra söhbətimizə davam etdik.


Sonra birdən Mehmet mənim ona verdiyim silahı çıxardı, sol əlinə aldı və oturub kompüterlə məşğul olan Bernaya atəş açdı. Daha sonra qızı “Ata, nə edirsən?”, - dedi. Mehmet bu dəfə qızına da atəş açdı. Daha sonra özünü vurdu”.



Naibə, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Noyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri