Türkiyədə qalmaqallı Ahbap fondu ləğv edilir
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Türkiyənin İstanbul şəhərində məhkəmə "Ahbap" xeyriyyə fonduna kənar idarəçilik təyin edib, təşkilatın bütün daşınmaz əmlakını həmin idarəçiliyin sərəncamına verib və fondun ləğvi prosesinə başlayıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı NTV telekanalı yayıb.
İstintaq çərçivəsində keçirilən son əməliyyatlar zamanı daha 13 nəfər saxlanılıb. Ümumilikdə, təxminən 30 şübhəli, o cümlədən fondun təsisçisi, rok musiqiçisi Haluk Levent və bloqer Oğuzhan Uğur barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, Türkiyənin tanınmış şou-biznes və media nümayəndələri də prokurorluğa ifadə verməyə çağırılıb. Onların arasında aktrisa Elçin Sangu, müğənnilər Mahsun Kırmızıgül, Gülben Ergen, Hayko Cepkin və jurnalist Uğur Dündar da var.
İstintaq fond rəhbərliyini toplanan ianələri şəxsi hesablara köçürməkdə və həmin vəsait hesabına aktivlər almaqda şübhəli bilir. "Yeni Şafak" qəzetinin məlumatına görə, mənimsənildiyi iddia olunan və müxtəlif şəxslərin adına rəsmiləşdirilən aktivlərin dəyəri təxminən 60 milyon ABŞ dolları təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 27 İyul 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















