Icma.az
close
up
RU
Türkiyəli ekspert: Prezident İlham Əliyevin hərbi təlimlərin keçirilməsi təklifi Türk dünyasının müdafiə fəlsəfəsinin yeni kollektiv vektorunu müəyyənləşdirir

Türkiyəli ekspert: Prezident İlham Əliyevin hərbi təlimlərin keçirilməsi təklifi Türk dünyasının müdafiə fəlsəfəsinin yeni kollektiv vektorunu müəyyənləşdirir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) hazırda sırf mədəni və ya iqtisadi qarşılıqlı fəaliyyət çərçivəsindən kənara çıxır. Son vaxtlar təhlükəsizlik üçün kollektiv vizyona doğru irəliləyiş getdikcə daha aydın görünür.

Bunu AZƏRTAC-a açıqlamasında beynəlxalq əlaqələr üzrə türkiyəli ekspert Mehmet Emir Aksoy deyib.

Ekspertin sözlərinə görə, bu istiqamətdə ən mühüm siqnallardan biri Qəbələ Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürüdüyü 2026-cı ildə TDT ölkələrinin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsi təklifidir.

Aksoy bu təklifin Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, təhlükəsizlik istənilən ciddi əməkdaşlığın əsasıdır. Birgə təlimlər isə türk dövlətlərinin orduları arasında hərbi koordinasiyanı gücləndirməklə yanaşı, təcrübə mübadiləsini əhəmiyyətli dərəcədə genişləndirə və regional sabitliyin səviyyəsini yüksəldə bilər.

Ekspert Prezident İlham Əliyevin təşəbbüsünü gələcək ümumi müdafiə mexanizmi üçün potensial əsas kimi də görür. Onun fikrincə, bu, türk dövlətlərinin təkcə diplomatik deyil, həm də hərbi əlaqələrin vacibliyini getdikcə daha çox dərk etdiyini göstərir. O qeyd edib: “Biz ümumi maraqlara əsaslanan ittifaqdan daha çox məna kəsb edən proseslərin şahidi oluruq. Bu, kollektiv təhlükəsizliyin ortaq anlaşılması reallığına aparan bir yoldur”.

Azərbaycanın təşkilatdakı roluna diqqət çəkən Aksoy vurğulayır ki, bu ölkə çoxdan Cənubi Qafqazda sadəcə enerji və ya iqtisadi aktor olmaqdan çıxıb. Bakı hazırda özünü regionda təhlükəsizliyin memarı kimi getdikcə daha çox təsdiq edir. Prezident İlham Əliyev hərbi təlimlərlə bağlı təklifi ilə Türk dünyasının kollektiv müdafiə fəlsəfəsi üçün yeni vektor – “müstəqil, lakin koordinasiyalı gücü” müəyyən edir. Ekspertin fikrincə, Azərbaycan bu yanaşmanın təkcə ideoloji ilhamvericisinə deyil, həm də praktik liderinə çevrilir.

Mehmet Emir Aksoy onu da qeyd edib ki, Bakı Cənubi Qafqazda sabitliyin mərkəzi təminatçısına çevrilərək “balanslaşdırılmış güc” siyasəti yürüdür. Onun fikrincə, bu, artıq sadəcə olaraq regiondaxili siyasət deyil, bütün Türk dünyasının geostrateji özünüdərkində yeni mərhələnin başlanğıcıdır. Ekspert əmindir ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə TDT çərçivəsində daha dərin rol oynamağa başlayır, siyasi liderlikdən normativ meyarlara keçir, standartlar və dəyərlər çərçivəsi müəyyən edir.

Ekspert vurğulayıb: “Bu, artıq Türk dünyasının gələcəyini təyin edəcək yeni paradiqmadır”. O, bunu təkcə format dəyişikliyi kimi deyil, həm də kollektiv məsuliyyət, qlobal çağırışlara birgə cavab və strateji muxtariyyət ideyasını gücləndirən tamamilə yeni birləşdirmə keyfiyyətinin yaranması kimi görür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri