Icma.az
close
up
RU
Türkiyənin keçmiş səfiri: Qərəzli kursdan əl çəkməsi Fransanın Cənubi Qafqazda sülhə verəcəyi ən yaxşı töhfə olardı AZƏRTAC

Türkiyənin keçmiş səfiri: Qərəzli kursdan əl çəkməsi Fransanın Cənubi Qafqazda sülhə verəcəyi ən yaxşı töhfə olardı AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 9 yanvar, AZƏRTAC

“Emmanuel Makronun prezidentliyi dövründə Fransanın düşdüyü vəziyyət tamamilə acınacaqlıdır. Fransa lideri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvlərindən olan ölkəsinin acizliyini və acınacaqlı vəziyyətini dəfələrlə dünya ictimaiyyətinə nümayiş etdirib”.

Bu fikri AZƏRTAC-a açıqlamasında “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bildirib.

Onun sözlərinə görə, buna daha bir sübut Fransa liderinin yanvarın 6-da Parisdə səfirlərin illik konfransında Azərbaycana qarşı səsləndirdiyi ittihamlar olub.

Sabiq səfir Makronun Azərbaycanın Fransanın müstəmləkələrində yaşayan sakinlərin azadlıq və müstəqillik arzularına dəstək verməsi ilə bağlı şikayətlərinə, eləcə də onun rəsmi Parisin açıq-aşkar ermənipərəst kursuna haqq qazandırmaq cəhdlərinə diqqət çəkib.

“Müasir Azərbaycan Türk dünyasının hər bir nümayəndəsi üçün qürur mənbəyidir. Bu, öz gücü ilə suverenliyini və ərazi bütövlüyünü bərpa edən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin müddəalarını yerinə yetirən, tarixi ədaləti təmin edən, ATƏT-in Minsk qrupu adlı mənasız struktura son qoyan qalib ölkədir. Azərbaycanın artan gücü Bakının opponentləri, o cümlədən Fransa üçün narahatlıq mənbəyidir”, - deyə diplomat bildirib.

“İMZA” birliyinin nümayəndəsi noyabr ayında Azərbaycanda keçirilən və yüksək təşkilatçılığı ilə yadda qalan COP29 iqlim sammiti fonunda Parisin intriqalarını xatırladıb.

Kılıç Emmanuel Makronun ölkəsinin Ermənistanı dəstəkləməsinin beynəlxalq hüquqa əsaslanması ilə bağlı iddialarını absurd adlandırıb. “Əgər Paris həqiqətən beynəlxalq hüququ qorumağa çalışırsa, o zaman Bakının BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təmin edilməsi üzrə atdığı addımları Fransa lideri niyə qəbul etmək istəmir? Paris Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının qarşısını niyə əngəlləyir? Fransa xarici ərazilərində yaşayan sakinlərin ümumi qəbul olunan insan hüquqlarını niyə pozur?”, - deyə Türkiyənin keçmiş səfiri bildirib.

O qeyd edib ki, Fransa hakimiyyəti Azərbaycana hücum etmək əvəzinə, öz siyasətini təhlil edib yenidən nəzərdən keçirməlidir. “Paris kirli əllərini Cənubi Qafqazdan uzaq tutmalıdır ki, bununla da o regionda sülhün və sabitliyin təmin olunmasına ən böyük töhfəni vermiş olacaq. Əminəm ki, Ermənistan, Azərbaycan və Türkiyə qonşu ölkələr kimi regiondankənar güclərin iştirakı olmadan dialoq yolu ilə fikir ayrılıqlarını həll edə biləcəklər”, - deyə Kılıç vurğulayıb.

O əlavə edib ki, Paris öz hərəkətləri ilə, o cümlədən silah tədarükü ilə Ermənistanın və erməni xalqının maraqlarına yalnız zərər verir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri