Türkiyənin Qara dəniz sahilində daha iki PUA AŞKARLANDI
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Qara dəniz sahilində yerləşən Kastamonu və Samsun vilayətlərində iki pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb. Hazırda mütəxəssislər onların mənşəyini müəyyənləşdirməyə çalışırlar.
Redaktor.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Məlumata görə, Kastamonu vilayətinin Kuşkayası kəndində çəkisi 200 kiloqramdan artıq olan pilotsuz aparat yaşayış evinin yaxınlığındakı bağ sahəsinə düşüb. PUA yerə çırpıldıqdan sonra alovlanıb.
Digər pilotsuz aparat isə Samsun vilayətinin Karataş rayonunda yerli sakinlər tərəfindən aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb.
Xatırladaq ki, iyunun 14-də Bartın və Kastamonu vilayətləri arasında yerləşən Kapısuyu çimərliyində döyüş sursatı ilə təchiz olunmuş pilotsuz aparat tapılmışdı. Hadisədən sonra çimərlik boşaldılmış, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilmiş və hadisə yerinə istehkamçılar göndərilmişdi.
İyunun 19-da isə Bartın vilayətindəki çimərliklərdən birində daha bir pilotsuz uçuş aparatı aşkar edilmişdi. Həmin aparatın araşdırılması üçün Ankaraya göndərildiyi bildirilmişdi.
Bundan əvvəl isə Qara dəniz sahilində, Bolqarıstanda da pilotsuz uçuş aparatı aşkarlanmışdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 23 İyun 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















