Icma.az
close
up
RU
Türkmonqol arxeoloqlarının yeni kəşfi: xaqanlıq dövrünə aid nadir yazılı abidə AZƏRTAC

Türkmonqol arxeoloqlarının yeni kəşfi: xaqanlıq dövrünə aid nadir yazılı abidə AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 13 yanvar, AZƏRTAC

Beynəlxalq Türk Akademiyası 2019-cu ildən etibarən Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu ilə ölkənin Nomqon vadisində birgə arxeoloji qazıntılar aparır.

Türk Akademiyasından AZƏRTAC-a verilən məlumata görə, 2022-ci ildə Nomqon-2 abidəsində aparılan ekspedisiya zamanı digər mühüm tarixi artefaktlarla yanaşı, üzərində qədim türk və soqd əlifbası ilə yazılmış daş stelanın yuxarı hissəsi aşkar edilib. Yazıların deşifrə olunması nəticəsində qədim türk əlifbası ilə yazılmış 12 sətir ("Qutluq Xaqan Türk... Tenqri oğlu...") və soqdca yazılmış 6 sətir ("Qutluq xaqan...") oxunub. Bu fakt arxeoloji abidənin xaqan memorial kompleksinə aid olduğunu söyləməyə elmi əsas verir.

2023-cü ildə Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun birgə apardıqları tədqiqatlar davam etdirilib və həmin daş stelanın eynən üzərində yazı olan aşağı hissəsi də aşkarlanıb. Təəssüf ki, daş stelanın üzərindəki qədim türk yazısı ciddi aşınmaya məruz qaldığından oxunması, demək olar ki, mümkün deyil. Sevindirici haldır ki, stelanın arxa tərəfindəki Çin heroqlifləri ilə yazılmış mətn qismən qorunub saxlanılıb və oxunması mümkündür.

Məlumatda bildirilir ki, aşkar edilmiş abidə 2024-cü ildə Ulan-Batorda Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu tərəfindən təqdim olunub. Çin mətninin deşifrə edilməsi üzərində aparılan iş də davam etdirilib və bu məqsədlə Daxili Monqolustan Universitetinin (IMU) mütəxəssisləri dəvət olunublar. Bildirilir ki, stelanın aşağı hissəsindəki qədim Çin mətni yuxarıdan aşağıya doğru yazılıb və sətirlər sağdan sola düzülüb. Üçüncüdən 8-ci sətrədək olan hissəni qismən oxumaq mümkündür. Stelanın bu hissəsində cəmi 15 sətir var və hər sətir təxminən 24 heroqlifdən (ümumilikdə 290-300 heroqlif) ibarətdir.

Bundan əlavə, Daxili Monqolustan Universitetinin mütəxəssislərinin səyi nəticəsində 2025-ci ilin yanvarınadək daş stelanın aşağı hissəsindəki qədim Çin mətninin bir hissəsini oxumaq mümkün olub. Çin mətninin 4-cü sətirində "türk" sözü və "Qutluq" titulu (Çin dilində "Qu-du-lu" kimi) müəyyən edilib.

Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu məmnunluqla bildirir ki, bu kəşf Nomqon-2 memorial kompleksinin qədim türk dövrünə, ehtimal ki, İkinci Türk xaqanlığının banisi Qutluq İlteriş xaqanın hakimiyyəti dövrünə (682-692) aid olduğunu bir daha təsdiqləyir.

Monqolustanın Nomqon vadisindəki birgə elmi-tədqiqat işləri davam etdiriləcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri