Icma.az
close
up
RU
Türküstan görüşü: Ortaq maraqlar barədə praqmatik mövqe

Türküstan görüşü: Ortaq maraqlar barədə praqmatik mövqe

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Türk dünyasının mənəvi paytaxtı hesab olunan qədim Türküstan şəhərində keçirilən TDT dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü inteqrasiyanın yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Zirvə görüşü zamanı səsləndirilən strateji təşəbbüslər təşkilatın beynəlxalq siyasət və iqtisadiyyatda artan təsirə malik mühüm geosiyasi birliyə çevrilmək potensialını göstərdi".

BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, görüşdə dövlət başçıları ortaq maraqlar barədə daha konkret və praqmatik mövqe sərgilədilər:

"Nəqliyyat və logistika, rəqəmsal texnologiya, enerji və süni intellekt sahələrində əməkdaşlığa xüsusi diqqət yetirildi. Bu, mövcud qlobal dəyişikliklərdə türk dövlətlərinin əlaqələrini gücləndirmək zərurətindən irəli gəlir. Prezident İlham Əliyev tərəfindən zirvə görüşündə qaldırılan məsələlər təşkilatın gələcək inkişaf istiqamətini müəyyən etdi. Xüsusilə, Orta Dəhlizin əhəmiyyəti ilə bağlı fikirlər mövcud geosiyasi vəziyyətdə xüsusi əhəmiyyət kəsb edir. Avropa və Asiya arasında ticarət yollarının yenidən formalaşması türk dövlətlərinə strateji üstünlük verir. Bu istiqamətdə Azərbaycan və Qazaxıstan əsas tranzit mərkəzlərinə çevrilirlər".

"Zirvə görüşünün əsas prioritetlərindən biri də rəqəmsal inteqrasiya məsələsi idi. Türk dövlətləri də texnoloji müstəqilliyə və rəqəmsal təhlükəsizliyə üstünlük verirlər. Ortaq rəqəmsal platformalar gələcəkdə iqtisadi inteqrasiyanı daha da gücləndirəcək. Cənab Prezidentin də söylədiyi kimi, "Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır". Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik kabel layihəsi bunun bariz nümunəsidir", - deputat vurğulayıb.

Müsahibimiz görüş zamanı mədəni və humanitar əməkdaşlıq məsələlərinin də diqqətdən kənarda qalmadığını deyib:

"Türk xalqlarının ortaq tarixi irsinin qorunmasına, elm və təhsil sahəsində əlaqələrin inkişafına və gənclər arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş təşəbbüslər təşkilatın ideoloji və mənəvi təməllərini gücləndirəcək. Zirvə görüşünün Türküstanda keçirilməsinin isə rəmzi mənası var. Bu, türk sivilizasiyasının tarixi köklərinin müasir inteqrasiya prosesləri ilə birləşməsinin göstəricisidir".

"Qeyri-rəsmi sammitin digər vacib aspekti təşkilat daxilində siyasi etimad səviyyəsinin artmasıdır. Bu, həm də təşkilatın beynəlxalq arenada nüfuzunu gücləndirir.

Türküstanda keçirilən görüşdən də göründüyü kimi, türk dövlətləri hazırda yalnız tarixi və mədəni yaxınlıqla məhdudlaşmayaraq ortaq geosiyasi və iqtisadi məkan yaratmağa çalışırlar. Azərbaycan isə bu prosesin təşəbbüskarlarından biri olaraq təşkilatın institusional və strateji inkişafına əhəmiyyətli töhfələr verməkdədir", - parlamentari fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 May 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri