Icma.az
close
up
RU
Tut doşabı bunları müalicə edir öskürək, qanazlığı, qaraciyər xəstəlikləri...

Tut doşabı bunları müalicə edir öskürək, qanazlığı, qaraciyər xəstəlikləri...

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Doşab çox qiymətli müalicəvi məhsuldur.

Şərqdə doşab qədim zamanlardan müxtəlif xəstəliklər zamanı və həmçinin ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur.

Saglamolun.az bildirir ki, tut doşabı ən xeyirli doşab sayılır. Onun tərkibi həqiqətən olduqca zəngindir. Mütəxəssislər doşabı balla müqayisə edir və iddia edirlər ki, bəzi maddələrin səviyyəsinə görə doşab balı üstələyir. Belə ki, doşabda dəmir balla müqayisədə daha çoxdur. Bu səbəbdən doşab qanazlığı zamanı və bu pozulmanın profilaktika məqsədi ilə geniş istifadə olunur.

Doşab güclü iltihabəleyhinə təsirə malikdir. Bu səbəbdən soyuqdəymə xəstəlikləri zamanı doşab çox yaxşı kömək edir - xəstənin ümumi vəziyyətini yaxşılaşdırır, tərləməni artırır, hərarəti salır.

Öskürək zamanı da doşab çox yaxşı kömək edir - bəlğəmi duruldur və bəlğəmin çıxmasını asanlaşdırır. Öskürəklə mübarizə etmək üçün 1 xörək qaşığı doşab (uşaqlar üçün 1 çay qaşığı) 1 stəkan ilıq suda həll edib xəstəyə vermək lazımdır.

Doşab immun sistemini möhkəmləndirir və orqanizmə ümumi möhkəmləndirici təsir edir. Xəstəlik və ya cərrahi əməliyyat keçirmiş insanlar üçün doşab xüsusilə xeyirlidir.

Kalium və maqneziumla zəngin olan doşab ürək-damar sistemi üçün çox faydalıdır - ürək əzələsinə müsbət təsir edir, ödemləri azaldır.

Doşab qaraciyərin dostudur. Doşab qaraciyərin sağlamlığına çox müsbət təsir edir - qara ciyəri möhkəmləndirir, iltihabı azaldır, ödqovucu təsir edir.

Belə hesab olunur ki, doşab kişilərdə potensiyanı gücləndirir.

B qrupu vitaminlərlə zəngin olan doşan insanın sinir sisteminə də müsbət təsir edir - sakitləşdirir, yuxusuzluqla mübarizə etməyə kömək edir. Güclü əqli və fiziki yorğunluğu zamanı doşabın qəbulu çox xeyirlidir.

Profilaktika məqsədi ilə və immuniteti möhkəmləndirmək üçün doşabı hər gün acqarına yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Böyüklər gün ərzində 1 xörək qaşığı, uşaqlar 1 çay qaşığı qəbul edə bilərlər. Müalicəvi vasitə kimi istifadə etdikdə bu doza artırılır.

Nəzərinizə çatdıraq ki, doşab allergiyaya səbəb ola bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see241

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see210

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see171

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see166

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see160

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see158

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see156

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see149

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see149

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see147

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see141

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see140

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see138

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see137

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see136

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see133

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri