Icma.az
close
up
RU
TV lərin zayı çıxır KÖŞƏ

TV lərin zayı çıxır KÖŞƏ

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün kimi dindirsən, çox bilikli, savadlı, diribaş, cəsarətli şəxs olmasından söhbət açacaq. Deyəcək ki, yeri gəlsə əlinə külüng alıb Fərhad kimi dağları yarar, qayaları paçar. Həm də söyləyəcək ki, “kim mənim səmimiyyətimə inanmırsa, istənilən TV-də onunla debata çıxmağa, müzakirələr qurmağa, hətta güləşməyə hazıram”. Bu yerdə xoruzun quyruğu görünür. Məlum olur ki, məxluqun heç bir istedadı, talantı yoxdur, sadəcə, məqsəd və məramı hay-küyü vasitəsilə TV-lərə çıxmaqdır. O TV-lərə ki, lağ-lağı, dedi-qodu şəbəkəsinə çevrilib. Kim kimi söyüb təhqir etmək, hörmətdən-izzətdən salmaq istəyirsə TV-lərdə rol alıb, istəyini həyata keçirir. Qeyri-peşəkar aparıcı məxluqlar ailə dəyərlərindən, əxlaq norma və prinsiplərindən xəbərsiz olan zəif iradəli insanları verilişlərə çıxarıb, onları kukla kimi oynadır, ictimaiyyətin gözü önündə təhqir edib, gözdən salmağa çalışırlar. Bir aparıcı cəmiyyətin heysiyyətinə toxunan fikir söyləyir, deyir ki, "atasız qızı oğluma almaram". Adama deyən lazımdır ki, sən özün kimsən axı? Azərbaycandan kənara çıxdığın zaman özünü normal aparmısanmı? Başqa bir kişi aparıcı qadın müğənniyə "a...z gəlib, səni boğaram", - deyə qadınlarsayağı əllərini yellədir. Birisi var, işi -gücü olan bir fağırı 4-5 aydır ki, gətirib verilişində "mənim hekayəm, mənim hekayəm" deyib oynadır. Qoymur biçarə gedib bir parça çörəyini qazansın. Bu cür biabırçılıqlar fonunda diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, TV-lər siyasi şərhçi, politoloq və bu kimi “istedadlar” da üzə çıxarıb, onları cəmiyyətə təqdim etməyə çalışırlar. Bu baxımdan, son vaxtlar “istedadlı” məxluqların sayı çoxalıb. “İstedadlı” məxluqlardan kimi dindirsən deyir ki, “mən politoloqam və növbəti parlament seçkilərində namizədliyimi irəli sürüb, deputat olacam”. Elələri də var ki, mətbuata yenicə çıxıb, amma “həmkarları”nı bəyənmir. Ancaq bu “say-seçmə politoloqlar” anlamırlar ki, ictimaiyyətin siyasi biliklərinin və intellektual bacarıqlarının artırılmasında politoloq müstəsna imkanlara malikdirlər. Politologiya siyasətin elmi tədqiqidir. Bir növ tədqiqatçıdır. Politoloqların proqnozları, təhlilləri cəmiyyətlərin inkişafına töhfə verməklə yanaşı, insanların maarifləndirilməsinə xidmət etməlidir. Analitiklərin gəldikləri qənaətə görə, siyasi elmdə bir neçə nəzəriyyə mövcuddur ki, onlardan da ən aktualı təsviri səviyyə, izahlı səviyyə, proqnozlaşdırıcı səviyyə və nəzəri səviyyədir. Özlərini cəmiyyətə politoloq kimi təqdim etməyə çalışanlar bu prinsipləri və qaydaları mənimsəmədən hadisələrə və proseslərin gedişi barədə təhlillərini və proqnozlarını irəli sürmələri yanlışdır. Təəssüf ki, politoloq qismində özlərini təqdim edənlər ağına-bozuna baxmadan hadisələrin gedişi haqqında cəfəng, heç bir informasiya yükü olmayan fikirlər səsləndirirlər. Bəzən şərhlər verərkən elə ifadələr seçirlər ki, adamın ayağından yer qaçır. Nədi-nədi TV-lərdə dostu, tanışı çalışır, saytlara çıxış imkanları var. Belə demək mümkünsə politogiya sahəsində at izi, it izinə qarışıb, hərə ağlına və ağzına gələni danışır. Dediklərinin fərqinə varan, məsuliyyətini anlayan da yoxdur. Dərk etmirlər ki, açıqladıqları yanlış fikir cəmiyyətdə çaşqınlıq yarada bilər. O gün internet TV-lərin birinə açıqlama verən əndərəbadi bir politoloq deyir ki, regionda yeni müharibənin baş verəcəyi gözlənilir. Başqa birisi isə iddia edir ki, Tramp Rusiyanın agentidir və ifşa oluna biləcəyindən qorxduğu üçün Ukrayna prezidenti Zelenskini sülh danışıqlarına getməyə məcbur edir. Deyən və başa salan lazımdır ki, haradan bilirsən? Bəlkə Mişel Nostradamısın ruhu bədəninə girib öncəgörən olmusan? Hər şeyin sərhədi olduğu kimi, xəbərin verilməsində və proqnozların irəli sürülməsində də sərhəd olmalıdır. Əks təqdirdə cəmiyyətdə ziddiyyətli fikir formalaşar ki, bundan da məkrli xarici qüvvələr əleyhimizə istifadə edə bilərlər.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see305

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see295

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see276

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see256

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see244

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see238

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see184

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see183

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see178

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see168

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see166

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see166

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see166

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see166

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see165

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see163

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see160

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see154

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see151

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri