Icma.az
close
up
RU
“U17 və U19 yığmalarını birləşdirək” Həbib Ağayev təklif etdi

“U17 və U19 yığmalarını birləşdirək” Həbib Ağayev təklif etdi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

19 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində uğursuzluqla üzləşdi.

Dəqiq desək, B liqasının 5-ci qrupunda mübarizə aparan yığma İsveçrə (0:8), Estoniya (0:3) və Cənubi Kipr (0:3) ilə oyunlarda uduzaraq yarışı sonuncu pillədə başa vurdu.
“Football-plus.az” yekun nəticələrlə bağlı komandanın baş məşqçisi Həbib Ağayevin fikirlərini öyrənib:

“Reallıq odu ki, bu gün Avropa çempionatı səviyyəsində çıxış edəcək futbolçularımızın sayı azdı. Ümumiyyətlə qıtlıqdı, bu öz yerində. Amma millimizdə belə ciddi turnirdə özünü yaxşı tərəfdən göstərə biləcək qızların sayı 5 və ya 6-dı. Təsəvvür edin ki, meydana azlıqda çıxırsız. Ən əsası, hücumçu tapa bilmirik. Elə oyunlar oldu ki, ön xətdə yarımmüdafiəçinin xidmətindən yararlandıq. Təəəsüf ki, vəziyyət belədi. Əlimizdə olan material budu. İnanın ki, İsveçrəyə qarşı açıq oynasaq, bizə azı 15 qol vurardılar. Bu komanda ötən il Cənubi Kiprin qapısından 15 qol keçirib. Cənubi Kiprlə oyunda da hücum futbolu oynamağa çalışdıq. Sonuncu matç idi. Futbolçularımdan baxımlı oyun tələb etdim. Bəlkə sırf müdafiə olunmağa köklənsəydik, bir xal qazana bilərdik”.


Bəs Həbib bəy vəziyyətdən çıxış yolunu nədə görür? Bu sualı ünvanladıqda məlum oldu ki, mütəxəssisin təklifi var:

“Əslində U-17 millimizdə çox bacarıqlı oyunçular var. İstəyirəm ki, onları U-19 yığmamıza cəlb edək. Belə ciddi turnirlərdə iştirak etsinlər. Təcrübə toplasınlar. İnkişaf etmək istəyiriksə, U-19-u gücləndirməliyik. Belədə əsas milliyə futbolçu verə bilərik. Mən təklif edəcəm ki, U-17 və U-19-un ən bacarıqlı futbolçularını birləşdirək”.


KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Dekabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri