Icma.az
close
up
RU
Üç qüvvə birləşdi Paşinyanın planı nədir?

Üç qüvvə birləşdi Paşinyanın planı nədir?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son bir neçə aydır, Qərbin rəsmi Bakıya qarşı əsas əks təbliğat, qara PR kampaniyası COP29 üzərindən aparılırdı. Artıq proses başa çatdı. İndi Qərbin ölkəmizə qarşı informasiya və ideoloji savaşının əsasını nəyin təşkil edəcəyi maraq doğurur.

Qərb-Azərbaycan qarşıdurması indi hansı mərhələyə keçid edəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Azərbaycan -Qərb qarşıdurması xeyli müddətdir gündəmdədir:

“44 günlük müharibəyə qədər məsələ fərqli məcrada idi. Azərbaycan ərazilərini öz gücünə azad etdikdən sonra sanki bu münasibətlərin konturları dəyişdi. Burada daha çox Fransa diqqəti cəlb etdi. Onun təsir etdiyi bəzi Qərb ölkələri də aktiv fazaya keçdilər. Bu günə qədər davam edən prosesi bütövlükdə Qərb ölkələrinə aid etmək olmaz. Birləşmiş Ştatların da zaman-zaman anti-Azərbaycan mövqeyini qabartdığını da müşahidə edirik. Belə bir təəssürat var ki, Co Bayden bu günə qədər olan prezidentlər arasında ən ermənipərəst lider idi. ABŞ-ın ölkəmizə qarşı bugünkü siyasətinin arxasında da elə məhz Baydenin erməni sevgisi dayanır. Qərbdə yaşayan erməni diasporunun təsiri də burada rol oynayıb. Bu qarşıdurmanın əsas təşkilatçısı elə erməni diasporudur”.

Siyasi şərhçinin sözlərinə görə, qarşıdurma əslində iş bölgüsü ilə reallaşdırılıb:

“Erməni diasporu, kilsə və Ermənistan hökuməti bir formada plan qurub, özünə uyğun işlə məşğul olur. Nikol Paşinyan hökumətinə tapşırılan vəzifə Azərbaycana münasibətdə yumşaq olmaq və həmişə sülhdən yanaolduğunu göstərməkdir. Kilsə də bir sıra məsələləri açıq və gizli şəkildə edir. Əsas məsələ isə diasporun Qərbin Azərbaycana davamlı təzyiqinin təşkilatçısı olmasıdır. Bu təzyiqin arxasında duran səbəb isə döyüş meydanında qalib gələn Azərbaycanın masa arxasındakı qələbəsini qazanmağa mane olmaqdır. Ermənistanı hər hansı formada prosesdə udan tərəf kimi görmək istəyirlər.

Əli Mustafayev

Azərbaycan bu gün Güney Qafqazın ən böyük karbohidrogen dövlətidir, təbii ehtiyatları var. Gürcüstan və Avropa arasında da strateji bölgədir. Azərbaycana təsir, təzyiq edib Orta Yoldan, neft-qaz yataqlarının istismarından pay almaq istəyirlər. Ermənistanı dəstəkləməklə Azərbaycana təsir edərək öz maraqlarını qəbul etdirməyə çalışırlar. Rusiyanın mövqeyi də danılmazdır. Azərbaycan-Rusiya münasibətləri Qərbdə kifayət qədər qıcıq yaradır”.

Əli Mustafayev qeyd edir ki, bir çox Qərb ölkələri Azərbaycanı dəstəkləyir:

“Öz iqtisadi, siyasi və geopolitik maraqlarını təmin edə bilən ölkələr rəsmi Bakı ilə qarşı-qarşıya gəlmirlər. Aİ və Avropa Şurası kimi qurumların anti-Azərbaycan ritorikası içərisində olduğunu görürük. COP29 sammitindən sonra gərginliyin bir qədər səngiməsi ehtimalı var. Amma proses hələ bir müddət davam edəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see327

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see313

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see255

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see233

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see218

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see214

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see214

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see210

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see204

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see193

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see183

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see175

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see175

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see174

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see167

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see164

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see162

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see161

Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək

24 Avqust 2026 01:34see151

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri