Uçot dərəcəsinin sabit saxlanılacağı ehtimalı yüksəkdir AÇIQLAMA
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
“Düşünürəm ki, hələlik Mərkəzi Bank mövcud siyasətin davam etdirilməsi və proseslərin gedişatının izlənilməsi üçün daha çox vaxt qazanma, xüsusən ilin son rübündə meydana çıxa biləcək fluktuativ məsələləri həll etmə məqsədi ilə gözləmə mövqeyinə üstünlük verəcək”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bir çox faktorları nəzərə alsaq, uçot dərəcəsinin sabit qalacağı ehtimalı çoxdur:

“Mövcud iqtisadi konyukturu nəzərə alsaq, xüsusən inflyasiya səviyyəsində azalan istiqamətli çox kiçik simptomların olması, ilin növbəti dövründə inflyasiyanın ənənəvi faktorlar səbəbindən artması istiqamətində gözləntilər, neftin qiyməti və eyni zamanda qlobal geosiyasi vəziyyət, daxili iqtisadiyyatda mövcud dinamika nəzərə alınmaqla, tədiyyə balansının komponentləri üzrə dəyişmə dinamikası diqqətdə saxlanmaqla, region ölkələrindəki, əsas xarici ticarət tərəfdaşlarındakı bazar konyukturu və milli valyuta dinamikaları əsas götürülməklə Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlaması istiqamətində qərar qəbul edəcəyi ehtimalını yüksək görürəm”.
Xatırladaq ki, sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA
21 İyul 2026 17:42
Ukrayna üzərindən Saakaşviliyə dəstək verilməsi ehtimalı yüksəkdir AÇIQLAMA
14 May 2025 15:40
Türkiyənin F 35 proqramına dönüş ehtimalı yüksəkdir AÇIQLAMA
17 Avqust 2026 17:53
Kılıçdaroğlunun sədrliyinə gəlməsi ehtimalı yüksəkdir CHP dən ÖZƏL AÇIQLAMA
27 İyun 2025 15:04
Baxış sayı:109
Bu xəbər 09 Sentyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları