Icma.az
close
up
RU
UEFA azarkeş raportunu açıqladı Qalatasaray 5 klubdan biri oldu

UEFA azarkeş raportunu açıqladı Qalatasaray 5 klubdan biri oldu

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

UEFA ötən mövsüm Avropa futboluna dair azarkeş raportu açıqlayıb.

''Avropa klublarında istedad və rəqabət ab-havası'' adlı raportda 2024/25-də klub və yığma səviyyəsindəki matçlarda tribunalara 240 milyon azarkeşin gəldiyi qeyd olunub. Bu, Avropa futbolunda yeni rekorddu.
Ayrı-ayrı klubların göstəricilərinə gəlincə, zirvədə ''Mançester Yunayted''in qərarlaşması diqqət çəkir. Bu klub hər nə qədər əvvəlki səviyyəsinə qayıda və uğurlu nəticələr qazana bilməsə də, oyunları hər zaman böyük azarkeş kütləsi toplayır. Söhbət ev oyunlarına gələn azarkeş sayından gedir. ''Yunayted''in matçlarını premyer-liqada 1 milyon 401 min, digər yerli turnirlərdə 286840, avrokuboklarda isə 512231 azarkeş izləyib. Beləcə mövsüm ərzində ortaya 2 milyon 200 min 268 rəqəmi çıxır. İkinci pillədə ''Real'' qərarlaşıb. Madrid nəhənginin ev oyunlarına La Liqada 1 milyon 381 min 324, digər yerli turnirlərdə 145808, avrokuboklarda 536540 azarkeş gəlib ki, bu da 2 milyon 53 min 673 azarkeş deməkdi.
''Yunayted'' və ''Real'' ötən mövsüm azarkeş sayında 2 milyonu keçən yeganə klublar oldu. İlk ''5-lik''də bu iki klubdan başqa ''İnter'', Dortmund ''Borussiya''sı və ''Bavariya'' qərarlaşıb. ''Bavariya'', Dortmund ''Borussiya''sı və ''Arsenal'' başqa göstərici ilə ön plana çıxıb. Mövsüm ərzində onların bütün ev oyunlarında stadionlar 100 faiz dolu olub! ''Böyük beşlik''də bu 3 klubdan başqa heç kim bu cür göstərici ilə öyünə bilməz. Mövsüm ərzində 1 milyon azarkeş sayını keçən klublar arasında ''Şalke-04''ün də yer alması diqqət çəkib. Halbuki Helzenkirhen klubu 2-ci bundesliqada mübarizə aparır və ötən mövsümü yalnız 14-cü pillədə tamamlamışdı.
Türkiyə təmsilçilərindən isə yalnız ''Qalatasaray'' 1 milyon həddini aşa bilib. ''Cim-Bom'' ''böyük beşlik''dən olmayıb ev oyunlarına 1 milyondan çox azarkeş gələn cəmi 5 klubdan biridi!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Sentyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri