UEFA reytinqimiz dəyişməyib
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu həftə UEFA reytinqində ölkəmizin reytinqinə 0,875 əmsal əlavə olunub. Bu, Azərbaycan klublarının avrokuboklarda göstərdiyi nəticələrdən sonra reallaşıb.
Hazırda Azərbaycan 18,125 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Rusiya (18,299), 30-cu sırada isə Bolqarıstan (16,875) qərarlaşıb. UEFA reytinqinə İngiltərə (94,839) başçılıq edir.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyada Şelburn"u (3:0) məğlub edib. UEFA Konfrans Liqasının II təsnifat mərhələsində isə “Sabah” Moldovada “Petrokub”a (2:0), “Araz-Naxçıvan” isə Bakıda “Aris”ə (2:1) qalib gəlib. Bu turnirdəki üçüncü təmsilçimiz “Zirə” evdə “Hayduk”un (Xorvatiya) müqavimətini qıra bilməyib - 1:1.
M.HACIXANLI
XQ
Baxış sayı:53
Bu xəbər 26 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















