UEFA Türkiyədə nümayəndəlik açır
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Aprelin 24-də Türkiyənin İstanbul şəhərində dünya futbolu üçün əlamətdar hadisə baş verəcək.
QOL.az xəbər verir ki, qardaş ölkədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nümayəndəliyinin açılışı olacaq. Mərasim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsən iştirakı ilə baş tutacaq.
Tədbirə 55 ölkənin futbol federasiyalarının rəhbərləri dəvət olunub. Bir gün əvvəl - aprelin 23-də Çırağan Sarayında qonaqlar üçün VİP qəbul təşkil olunacaq.
İstanbul London və Brüsseldən sonra UEFA-nın mənzil-qərargahına ev sahibliyi edən üçüncü şəhər kimi tarixə düşəcək.
Yerli mətbuatın yaydığı məlumata görə, Türkiyə tezliklə FİFA-nın ofisinə də ev sahibliyi edə bilər.

UEFA nın Türkiyədə nümayəndəliyi fəaliyyətə başlayıb
24 Aprel 2025 15:43
TRT Suriyada nümayəndəlik açır
17 Yanvar 2025 14:02
Ai Suriyada yeni nümayəndəlik açır
17 Dekabr 2024 15:14
Ermənistan Türkiyədə səfirlik açır “Sürix” yenidən masada
24 Dekabr 2024 17:12
Türkiyədə ZƏLZƏLƏ
22 Dekabr 2024 19:00

