Icma.az
close
up
RU
Uğur nədir və onu necə ölçmək olar?

Uğur nədir və onu necə ölçmək olar?

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabir ETİBARLI

İnsanların əksəriyyəti uğura can atır. Uğur məqsədə çatma və ya gözləntilərə müvəffəqiyyətlə cavab vermə halı kimi dəyərləndirilə bilər. Uğura fərdi istedad (talant), sosial ətraf-mühit, şəxsi təşəbbüskarlıq, sabit əzmkarlıq kimi çoxlu faktorlar təsir göstərir. İnsan təfəkküründə ümumi uğur anlayış mövcud olsa da, uğurun mahiyyəti, onun tərifi və xüsusiyyətləri fərdən-fərdə, şəxsi yanaşmaya görə dəyişir. Məsələn, hər hansı bir yarışda ikinci olmağı bir nəfər qələbə kimi qəbul edirsə, başqa biri bunu uğursuzluq hesab edə bilər.

Əqli sağlamlığı yerində, gələcəyə az da olsa ümidi olan hər kəs özü və yaxınları üçün daha yaxşısını arzulayır: daha möhkəm sağlamlıq, daha yüksək maddi qazanc, daha rahat həyat şərtləri, daha yüksək reputasiya, daha çox tanınma və s. Odur ki, hər kəs müəyyən mənada bir yarışdadır. Bu yarışın mükafatı isə əldə edilən uğurdur. Mükafata - uğura çatmaq üçün isə ilk növbədə onun nə olduğu aydınlaşdırılmalı, qarşıya qoyulan məqsəd dəqiq müəyyənləşdirilməlidir. Çoxsaylı prioritetlər fonunda hər kəs üçün keçərli olan vahid uğur formulu yoxdur. Məsələn, artıq çəkidən azad olmaq və ya uzun illər davam edən müalicə nəticəsində hərəkət qabiliyyətinin bərpa olunması bəzi insanlar üçün həqiqətən böyük uğurdur, lakin çoxları bəlkə də belə şeylərin uğur sayıla biləcəyini heç vaxt düşünməyib. Digər tərəfdən vurğulamaq lazımdır ki, uğur anlayışı yalnız fərdin baxış bucağından deyil, həm də onun yaşadığı mühitdən asılı olaraq dəyişir. İnkişaf etməkdə olan ölkələrdə uğur sayılacaq məbləğ inkişaf etmiş ölkələrdə orta statistik qazancdan belə aşağı ola bilər - bu da reallığın acı tərəfidir.

Uğurun fərdi tərifi müəyyənləşdirildikdən sonra uğurun ölçülməsi üçün ona müvafiq meyar seçilməlidir. Tarix boyu ən geniş formada qəbul edilən yanaşma uğurun pul ilə ölçülməsidir. Yəni nə qədər çox pul qazanırsansa, bir o qədər uğurlusan və ya kimdən nə qədər çox qazanırsansa, ondan bir o qədər uğurlusan. Amma burada baxışlar fərqlənir: bir qisim insan pulun mənbəyindən asılı olmayaraq onun miqdarını uğurun əsas göstərici sayır, digər qrup isə korrupsiya, monopoliya və ya qanunsuz yollarla qazanılmış pulları qətiyyən uğur hesab etmir.

Uğuru müqayisəli formada ölçmənin başqa çətin tərəfi isə insanların eyni resurslara malik olmamasıdır. Məsələn, kasıb bir ailədən çıxıb məhdud imkanlarla yüksək bal toplayaraq nüfuzlu universitetə pulsuz qəbul olan gənc eyni balı daha rahat həyat şərtlərində toplayan tələbədən daha uğurlu hesab oluna bilər. Burada uğurun ölçü vahidi nəticə yox, çəkilən zəhmət, qərarlılıq və intizamdır. Bu yanaşma elmi araşdırma sahələrində xüsusilə önəmlidir. Məsələn, bir elmi nəzəriyyənin yanlış olduğu sübut edildikdə onun tərəfdarlarını uğursuz saymaq düzgün olmaz. Belə ki, elmə yarış kimi yox, müxtəlif insanların əməkdaşlıq şəraitində həqiqəti tapmaq üçün apardığı ortaq çalışma və ya səhvlərdən öyrənərək həqiqətə yaxınlaşma prosesi kimi baxmaq daha məqsədəuyğundur. Bundan da əlavə, həyatları boyu maddi çətinliklər və şiddətli təzyiqlər ilə üzləşdikləri halda elmi araşdırma və dəyərlərindən imtina etməyən el adamlarının uğurlarını onların əldə etdiyi maddi qazanc ilə ölçmək doğru olmaz. Onların məşəqqətli həyatlarına rəğmən, əzmlə çalışmaları, bəşəriyyətə töhfələri danılmazdır. Belə alimlər arasında Giordano Bruno, Qalileo Qaliley, Benedikt Spinoza, Deodat Qratet de Dolomye, Maykl Faraday, Qreqor Mendel, Nikola Tesla kimi nəhəng adlar yer alır.

Təəssüf ki, insanlığa töhfə vermək amalı, cəmiyyətə faydalı olmaq istəyi, kütlələri müsbətə doğru dəyişmək cəhdləri kimi ülvi məqsədlər maddi qazanc gətirmədiyi müddətcə mənasız göstərilməyə çalışılır. Bu düşüncə formasının gənclər arasında sürətlə və asanlıqla yayılması təkcə ayrı-ayrı xalqlar üçün deyil, bütün bəşəriyyət üçün narahatedici haldır.

Bütün bunlardan belə nəticəyə gələ bilərik ki, uğur yalnız maddi nailiyyətlər, əldə olunan statistik nəticələr ilə ölçülməməlidir və sadəcə bunlarla ölçülə də bilməz. Çünki yekdilliklə qəbul olunan normativlər yoxdur. Yüksək gəlir, doğru qurulmuş həyat-iş balansı, xoşbəxt ailə strukturu, cəmiyyətə fayda vermək, fikir və söz azadlığını təmin edə bilmək, başqalarının həyatına müsbət təsir göstərmək və sonsuz nümunələr - bunların hamısı uğurun müxtəlif formalarıdır. İdmançı, alim, musiqiçi və ya milyarderin uğur anlayışları fərqli ola bilər, amma mahiyyət və formasından asılı olmayaraq bunların hamısı dəyərlidir.

Həssas olmalı olduğumuz bir məqam da budur ki, dəyər və uğur anlayışları çox fərqli olduğundan heç kəsin başqalarına öz doğrusunu diqtə etməyə və ya başqalarını qınamağa haqqı yoxdur. Kimisi uğuru sahib olduğu əşyalar, səyahət etdiyi yerlər və ya insanlar ilə məqsədyönlü şəkildə qurduğu əlaqələr ilə ölçür. Kimisi üçün xoşbəxt ailəyə sahib olmaq ən önəmli uğur göstəricisidir. Başqaları isə xoşbəxtliyi insanlara kömək etməkdə və onların həyatına yaxşı mənada təsir göstərməkdə görür. Bu müxtəlif yanaşmaların hamısı doğrudur, çünki uğur şəxsi və subyektiv bir anlayışdır. Ona görə də uğurları başqaları ilə müqayisə etmək həm etik deyil, həm də çox vaxt heç bir mənalı nəticə vermir. Bununla yanaşı, özünü başqaları ilə daimi formada müqayisə edənlərin məyusluğa və depressiyaya daha meyilli olmaları faktını unutmamaq gərəkdir. Bu psixoloji vəziyyət ilə üzləşməmək üçün bir həqiqəti dərk etmək lazımdır - əsl uğur qışqırmır, onu bağıra-bağıra kiməsə göstərmək lazım deyil. Çünki o, realdır və özü-özünə kifayət edir. Buradan da o nəticəyə gəlmək lazımdır ki, insanların öz zehinlərində formalaşdırdıqları "yarış" fərdi olmalıdır, insanın yarışdığı, keçməyə çalışdığı tək adam ancaq keçmişdəki özü olmalıdır.

Nəticə olaraq uğurun ölçülməsi yalnız maddi və ya statistik göstəricilərdən asılı olmamalıdır. Həqiqi uğur əldə olunan nəticələrdən daha çox ona aparan yolda göstərilən səylərdə, iradədə, zəhmət və dürüstlükdə gizlidir. Hər bir insan uğur yolunda irəliləyərkən keçmişdəki özünü üstələmək, öz həqiqi potensialını reallaşdırmaq və həyatın mənasını dərk etmək üçün çalışmalıdır. Bu baxımdan uğur yalnız nəticə deyil, həm də prosesin özü və onun verdiyi dərin təcrübədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri