Icma.az
close
up
RU
Ukrayanaya nə qədər silah lazımdır?

Ukrayanaya nə qədər silah lazımdır?

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp artıq Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərini göndərməyə başlayıb. Bu, münaqişə zonasında müdafiə qabiliyyətini gücləndirmək və Rusiyanın raket hücumlarına qarşı cavabdehliyi gücləndirmək məqsədilə həyata keçirilir.

Ukraynaya nə qədər patriot və ya digər hava hücumundan müdafiə vasitəsi verilərsə, hava məkanının daha etibarlı müdafiəsini təşkil etmək olar?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin göndərilməsi barədə qərarı, müharibənin gedişatında strateji dönüş nöqtəsi ola bilər:

“Bu sistemlər Rusiyanın tez-tez həyata keçirdiyi raket və dron hücumlarına qarşı şəhərlərin, enerji infrastrukturlarının və hərbi obyektlərin daha effektiv müdafiəsinə xidmət edir. Lakin yalnız bir neçə batareya ilə Ukraynanın bütün hava məkanını qorumaq mümkün deyil. Patriot sistemləri yüksək dəqiqlik və uzaq mənzilli müdafiə qabiliyyəti ilə tanınsa da, onların sayı və yerləşdirilməsi kritik amillərdir. Effektiv hava qalxanı üçün Ukraynaya azı 8–10 Patriot batareyası, əlavə olaraq NASAMS, IRIS-T və SAMP/T kimi Avropa istehsalı olan qısa və orta mənzilli sistemlər də lazımdır. Hazırda Ukrayna bir neçə sistemlə yalnız prioritet əraziləri – Kiyev, Dnepr, Lvov və digər iri şəhərləri qoruya bilir”.

Politoloq taktiki baxımdan, bu sistemlərin koordinasiyalı şəkildə inteqrasiyası və real vaxtlı radar şəbəkəsi ilə dəstəklənməsinin zəruri olduğunu qeyd edib. O əlavə edib ki, əks halda, müdafiənin boşluqları düşmənə manevr imkanı verir: 


“Ukraynanın hava müdafiəsini tam funksional və dayanıqlı hala gətirmək üçün həm sistemlərin sayının artırılması, həm də texniki personalın hazırlığı və texniki xidmət zəncirinin qurulması vacibdir.


Nəticə etibarilə, Patriotların göndərilməsi simvolik deyil, funksional məna daşıyır – lakin bu, yalnız başlanğıcdır. Ukraynanın hava məkanını etibarlı şəkildə qorumaq üçün Qərbin ardıcıl, koordinasiyalı və kəmiyyət baxımından daha geniş miqyaslı dəstəyi vacibdir. Əks halda, Rusiyanın raket və kamikadze dron hücumları qarşısında Ukrayna hələ də risk altında qalacaq”.

Fidan Hacızadə
Sfera.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 İyul 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri