Icma.az
close
up
RU
“Ukrayna ilə sülh razılaşmasına hazırıq” Putin

“Ukrayna ilə sülh razılaşmasına hazırıq” Putin

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

“Ukrayna ilə sülh razılaşmasına hazırıq”.

Adalet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya” dövlət televiziya kanalına müsahibəsində deyib.

O, Ukrayna ilə razılığa gəlməyə hazır olduqlarını, lakin müvəqqəti atəşkəs əvəzinə hər iki ölkənin təhlükəsizliyini təmin edən sülh sazişinə üstünlük verdiklərini bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi itkilərini qəbul etməyə hazır olması ilə bağlı açıqlamasına münasibət bildirən Rusiya lideri Moskvanın nəzarətində olan əraziləri Rusiyanın tarixi torpaqları adlandırıb. O, həmin ərazilərdə keçirilən səsvermələri də mövqeyinə əsas kimi göstərib.

Putin Rusiyanın döyüş meydanında məğlub edilməsinin real olmadığını deyib. O, həmçinin Avropanın Moskvanı təhlükə kimi təqdim etməsini tənqid edərək, Rusiyanın Avropa ilə müharibəyə hazırlaşmadığını və döyüşmək istəmədiyini bildirib.

“Biz Avropa ilə heç bir müharibəyə hazırlaşmırıq. Biz də döyüşmək istəmirik”, – deyə Putin vurğulayıb. Bununla yanaşı, o, Ukrayna rəhbərliyinin müharibəni davam etdirmək istədiyini iddia edib.

Rusiya Prezidenti 2014-cü ildə Ukraynada böhranın başlanmasından bəri Moskvanın sülh tərəfdarı olduğunu və Kiyevlə razılığa gəlməyə çalışdığını söyləyib.

“Bu gün də razılığa gəlməyə hazırıq. Bu çətin və mürəkkəb vəziyyətin həlli yollarını tapmağa hazırıq”, – deyə Putin bildirib.

O, tərəflərin razılığa gələ biləcəyini vurğulasa da, Rusiyanın qarşıya qoyduğu məqsədlərdən geri çəkilməyəcəyini qeyd edib.

Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Sankt-Peterburqda keçirilən görüşə də toxunub. Onun sözlərinə görə, tərəflər üçtərəfli əlaqələrin bərpasına hazır olduqlarını bildiriblər.

Rusiya lideri vurğulayıb ki, danışıqların məqsədi hərbi əməliyyatların müvəqqəti dayandırılmasından sonra deyil, yekun sülh sazişi əldə edildikdən sonra Ukrayna və Rusiyanın təhlükəsizliyinin təmin olunması məsələsini müzakirə etməkdir.

Putin Uitkoffun Avropada təhlükəsizlik arxitekturası məsələsinin də həll edilməli olduğu fikri ilə razılaşdığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Oktyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri