Ukrayna Rusiya gəmilərini vurdu, Kerç boğazı bağlandı
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna ordusu Azov dənizində bir gecə ərzində Rusiyaya məxsus təxminən 28 gəmini vurub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələri (PSQ) məlumat yayıb.
Bildirilib ki, hazırda əlavə kəşfiyyat aparılır və yekun rəqəm arta bilər.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar Taqanroq yaxınlığındakı boğazda 4 gəminin zərər gördüyünü təsdiqləyib. Onun sözlərinə görə, zərbə nəticəsində zədələnən gəmilərdən ən azı biri tankerdir və bir dənizçi də həyatını itirib.
Ukrayna tərəfi həmçinin bildirib ki, son altı gün ərzində Rusiyanın "kölgə donanması"na məxsus ümumilikdə 76 tanker vurulub.
Eyni zamanda, Ukrayna dronlarının kütləvi hücumundan sonra Rusiyanın Azov-Don gəmi kanalını bağladığı da vurğulanıb:
“Rusiya Sərhəd Xidməti Don çayını Azov dənizi ilə birləşdirən kanal üzrə gəmilərin keçidi üçün yeni müraciətləri qəbul etmir. Kerç boğazında da gəmi hərəkəti müvəqqəti dayandırılıb”.
Qeyd edək ki, daha öncə Ukrayna Rusiyaya məxsus 18 gəmini vurduğunu açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 11 İyul 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















