Ukrayna Rusiya ordusunda iki Çin vətəndaşını əsir götürdü Zelenski təcili olaraq Pekinə müraciət etdi
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Ukrayna hərbçiləri Rusiya tərəfində vuruşan iki Çin vətəndaşını əsir götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat yayıb.
Məlumata görə, Çin vətəndaşları Donetsk vilayəti ərazisində əsir götürülüb.
Prezidentin sözlərinə görə, əsirlərdən vətəndaşlıqlarını təsdiq edən sənədlər, bank kartları və digər şəxsi məlumatlar götürülüb.
“Bizim məlumatımız var ki, Rusiya bölmələrində ikidən çox belə Çin vətəndaşı var. Hazırda bütün faktları dəqiqləşdiririk. Kəşfiyyat, Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələrin müvafiq bölmələri işləyir”, - Zelenski qeyd edib.
Dövlət başçısı Ukraynanın xarici işlər nazirinə bu insidentlə bağlı Çinin mövqeyini aydınlaşdırmaq üçün təcili olaraq rəsmi Pekinlə əlaqə saxlamağı tapşırıb.
Hazırda əsir götürülən Çin vətəndaşları Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarətindədirlər, orada müvafiq istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Ukrayna Rusiya üçün döyüşən iki Çin vətəndaşını əsir götürüb 7 saat əvvəl
09 Aprel 2025 09:40
Ukrayna müharibəsində Çin hərbçiləri əsir düşdü: Pekinə qarşı Avropa ölkələri də müharibəyə qatıla bilər...
08 Aprel 2025 20:36
Zelenski: Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır
20 Sentyabr 2025 15:42
Rusiya Ukrayna ordusunun azərbaycanlı hərbçisini əsir götürdü
15 Avqust 2025 14:01
Ukrayna ordusu iki çinlini ƏSİR GÖTÜRDÜ
08 Aprel 2025 17:19
Baxış sayı:86
Bu xəbər 08 Aprel 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















