Icma.az
close
up
RU
Ukrayna savaşı onilliklər boyu davam edəcək: Növbəti mərhələdə MDB məkanına da yayılacaq

Ukrayna savaşı onilliklər boyu davam edəcək: Növbəti mərhələdə MDB məkanına da yayılacaq

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İndiki situasiyada, ABŞ-ı əvəzləyəcək yeni vasitəçilərin sayəsində Ukraynada “dondurulmuş münaqişə” və yaxud da ən pis ssenari olan uzunmüddətli, həm də növbəti mərhələdə qloballaşa biləcək savaş variantları daha inandırıcı görünür... Ancaq Rusiya, ABŞ-ın Ukrayna savaşının dayandırılması ilə bağlı vasitəçilikdən çəkilməsini fürsətə çevirmək niyyətinə düşərsə, onda, Kremlin ilk növbədə postsovet ölkələrinə qarşı hərbi planlarını reallaşdırmağa çalışacağı da istisna deyil...

Ukrayna savaşının hansı iqtiqamətlərə yönələ biləcəyi artıq qeyri-müəyyən xarakter daşıyır. Yəni, bu savaşın yaxın vaxtlarda dayandırılaraq, sülh dövrünün başlayacağı, yoxsa, hərbi əməliyyatların intensivləşərək, uzunmüddətli müharibəyə yol açacağı ilə bağlı sualların demək olar ki, arqumentləşdirilmiş cavabı mövcud deyil. Ukrayna savaşını cəmisi bir gün ərzində dayandırmağı vəd etmiş prezident Donald Trampın ABŞ-ı “sülh masası”ndan geri çəkərək, vasitəçilik missiyasından imtina etməsi situasiyanı daha da qəlizləşdirib. Və üstəlik, Ağ Evin bu addımını məhz Kremin sülh prosesini manipulyasiya edərək, uzatması ilə əlaqələndirməsi ABŞ-Rusiya qarşıdurmasının növbəti mərhələsinin o qədər də uzaqda olmadığını da göstərir.

Onu da qeyd etmək lazımdır ki, mövcud situasiyada Ukrayna savaşı ətrafında yaranmış vəziyyətin bir neçə istiqamət üzrə inkişaf edə biləcəyini düşünmək olar. İlk ehtimal ondan ibarətdir ki, ABŞ-ın vasitəçilikdən imtinası rəsmi Kiyev və Kremli ikitərəfli və birbaşa təmaslara məcbur buraxır. Bu, texniki baxımdan, tamamilə mümkün olsa da, qarşıduran tərəflər arasında dərin etimadsızlıq və maksimalist hədəflərin mövcudluğu ciddi əngəllər yaradır. Və istənilən halda, ABŞ-ın vasitəçilikdən çəkilməsi, müəyyən mənada, qarşıduran tərəfləri bütün məsuliyyəti bölüşməyə də vadar edə bilər.

Ancaq digər ölkələrin və ya beynəlxalq təşkilatların vasitəçilik missiyasını öz üzərinə götürə biləcəyi də qətiyyən istisna deyil. Hər halda, ABŞ-ın boşaltdığı vasitəçi yerinin Türkiyə, Çin, BMT, Avropa Birliyi və ya neytral mövqedə olan digər ölkələr tərəfindən doldurulması da mümkündür. Xüsusilə də Türkiyə əvvəllər Ukrayna və Rusiya arasında danışıqlara vasitəçilik etmişdi və bu missiyanı yenidən öz üzərinə götürə bilər. Eyni zamanda, Çin də iqtisadi və siyasi-diplomatik gücündən istifadə edərək, sülh təşəbbüskarı rolunda çıxış etmək potensialına sahibdir.

Halbuki, Ağ Evin vasitəçilik missiyasına iddiasından birdəfəlik geri çəkildiyini düşünmək də müəyyən mənada, sadəlövhlük olardı. Çünki Tramp adıministrasiyasının bu addımı daha çox Rusiyaya qarşı təzyiq cəhdi təsiri bağışlayır. Hər halda, prezident Vladimir Putinin son vaxtlar olduqca maksimalist şərtlər irəli sürməsi Ağ Evdə çaşqınlıq və qıcıq yaradırdı. Ona görə də, ABŞ Rusiyaya təzyiq məqsədilə, Ukraynanın mövqelərini bir qədər gücləndirmək niyyətinə düşmüş kimi görünür. Və mövcud situasiyanın Ukraynaya daha fəal, realist təkliflər irəli sürmək şansı verdiyi, eləcə də, öz hərbi-siyasi müttəfiqlərinə məsuliyyətin paylaşılmasının vacibliyini xatırlatmaq imkanları açdığı da inkaredilməz reallıqdır.

Ancaq bütün bunlara baxmayaraq, hərbi əməliyyatların müddətsiz uzanması və sülh perspektivlərinin ümumiyyətlə, bloklanma ehtimalı da olmamış deyil. Belə ki, əgər, Rusiya və Ukrayna arasında birbaşa danışıqlar alınmazsa, yeni vasitəçilər də tapılmazsa, onda, bu müharibə onilliklər boyu davam edə bilər. Sülh təşəbbüslərinin təsirsiz qaldığı bir şəraitdə isə hər iki tərəf üçün bütün istiqamətlər üzrə yeni itkilər qaçılmazdır. Ən əsasısa, Ukrayna savaşının əhatə etdiyi regionda qeyri-sabitlik daha da dərinləşə bilər.

Təbii ki, ABŞ-ın vasitəçilikdən çəkilməsi, Rusiyadan fərqli olaraq, Ukraynanı daha çətin geostrateji seçimlər qarşısında buraxacaq. Çünki Ukraynanın Rusiyaya tam təslim olmayaraq, savaşı davam etdirməsi üçün bundan sonra daha çox hərbi dəstəyə ehtiyacı olacağı qətiyyən şübhə doğurmur. Əgər, belə dəstək olmazsa, onda, Ukrayna üçün sülhə nail olmaq baxımından, ərazi güzəştləri kimi ağır seçim variantları da ön plana keçə bilər. Bütün bunlar ABŞ-ın vasitəçilikdən çəkilməsinin həm sülh prosesini təşviq edə, həm də savaşı ümumiyyətlə, uzada biləcəyini göstərir. Və bu iki ehtimaldan hansının reallığa çevriləcəyi də, məhz qarşıduran tərəflərin praqmatik davranma, eləcə də, real kompromis qabiliyyətlərindən asılı olacaq.

Maraqlıdır ki, hazırda Ukrayna-Rusiya müharibəsinin daha çox bir neçə ssenari üzrə inkişaf edə biləcəyi güman olunur. ABŞ-ın danışıqlardan çəkilməsi fonunda birbaşa təmaslar mümkün olarsa, savaşın realist sülh sazişi ilə yekunlaşa biləcəyi istisna edilmir. Rusiya və Ukraynanın savaşdan yorulmuş olması, insan itkilərinin və iqtisadi dağıntıların maksimum səviyyəyə çatması hər iki tərəfi praqmatik qərarlara məcbur edə bilər. Xüsusilə də, ABŞ və Avropa Birliyinin Ukraynaya hərbi dəstəyi kəsilərsə, rəsmi Kiyevin Rusiya ilə anlaşma imkanları axtarmaqdan başqa çıxış yolu qalmayacaq. Bu halda, hətta Türkiyə və ya Çin kimi neytral vasitəçilərin yenidən masaya oturması pozitiv nəticələr vəd edir.

Bəzi məlumatlara görə, rəsmi Kiyevin taleyüklü məqamda müstəqillik və suverenliyin qorunması şərti ilə ərazi güzəştlərinə məcbur qala biləcəyi istisna deyil. Ancaq rəsmi Kiyevin hələ də təhlükəsizlik zəmanətlərində və iqtisadi dəstək paketlərinin təmin olunmasında israrlı olduğu bildirilir. Və hesab olunur ki, regionda gərginliyin azaldılması, diplomatik iradə və beynəlxalq dəstək şəraitində bu, mümkündür.

Ancaq Rusiya və Ukrayna arasında birbaşa təmaslar, yaxud yeni vasitəçilərin missiyası uğursuz olarsa, eləcə də, savaşan tərəflərdən heç birisi hərbi qələbə qazana bilməzsə, onda, “dondurulmuş münaqişə” vəziyyəti qaçılmaz ola bilər. Nəticədə “nə hərb, nə sülh” variantı uzun illər hər iki ölkəni yormaqda davam edəcək. Yəni, Rusiya işğal etdiyi əraziləri nəzarətdə saxlamağa çalışacaq, Ukrayna isə öz sərhədlərini bərpa etmək üçün uyğun zamanı gözləməli olacaq. Ukraynanın NATO-ya və Avropa Birliyinə üzvlüyü isə heç kimin marağında olmayacaq.

Nəhayət, Rusiya ABŞ-ın vasitəçilikdən çəkilməsini fürsətə çevirmək niyyətinə də düşə bilər. Bu halda, Rusiyanın indikindən daha aqressiv addımlarına Ukraynanın ən güclü müasir silahlarla cavab vermə ehtimalı mövcuddur. Ancaq Ukraynaya Qərbdəki müttəfiqlərin dəstəyində dinamika neqativ anlamda pozularsa, onda, bu savaş yeni bölgələrə də yayıla bilər. Hər halda, Kremlin Ukraynanın qonşuluğindakı Moldova da daxil olmaqla, bəzi MDB ölkələrinə qarşı hərbi planlarının olduğu artıq sirr deyil.

Təbii ki, Ukrayna savaşı ətrafında yaranmış situasiyanın belə istiqamətlər alması, ilk növbədə Qərb-Rusiya münasibətlərinin daha da kəskinləşməsinə, qlobal enerji və ərzaq böhranın dərinləşməsinə də yol aça bilər. Yəni, hazırda Rusiya və Ukrayna arasında birbaşa təmasların mümkün olması o qədər də inandırıcı görünmür. İndiki halda, yeni vasitəçilərin sayəsində “dondurulmuş münaqişə” və yaxud da ən pis ssenari olan uzunmüddətli, həm də növbəti mərhələdə qloballaşa biləcək savaş variantı daha inandırıcı görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see304

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see177

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see157

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see140

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see126

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see126

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see124

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see120

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see119

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri