Icma.az
close
up
RU
Ukrayna savaşından sonra Rusiyanın hədəf taxtasında Qərbmeylli siyasət yürüdən Ermənistan olacaq

Ukrayna savaşından sonra Rusiyanın hədəf taxtasında Qərbmeylli siyasət yürüdən Ermənistan olacaq

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ukrayna savaşından sonra Rusiyanın yeni hədəfinin Ermənistan olacağı şübhə doğurmur. Ukraynadan fərqli olaraq Ermənistan, Rusiya üçün birbaşa hərbi hədəf deyil. Lakin aydındır ki, Rusiya Qərbmeylli siyasət yürüdən Ermənistana qarşı müəyyən tədbirlər alacaq. Bu, ilk növbədə hakimiyyətin dəyişdirilməsi ilə bağlıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə danışıb: “44 günlük müharibədə Ermənistanın məğlubiyyətinin günahını Paşinyanın üstünə atmağa və onu legitimsizləşdirməyə çalışan qüvvələr 2020-2021-ci illərdə “Vətənin xilası hərəkatı” başlatmışdı. Keçmiş baş nazir Vazgen Manukyan o vaxt yaradılması nəzərdə tutulan yeni-müvəqqəti hökümət başçısı olaraq təklif edilmişdi. Lakin Manukyanın “Konstitusiyalı hakimiyyəti zorla devirməyə hazır olmalıyıq” sözlərinə görə ona qarşı cinayət işi başlandığı məlumdur. 2021-ci ildə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan Paşinyanın istefasını tələb etmiş, lakin “hərbi çevriliş cəhdi” alınmamış və o, vəzifəsindən kənarlaşdırılmışdı. Paşinyan isə 2021-ci ilin iyununda keçirdiyi növbədənkənar seçkilərdə qalib gələrək mövqeyini möhkəmləndirmişdi. 2023-cü il hadisələrindən sonra Paşinyana qarşı çağırışlar artmağa başladı. Xüsusilə Qazaxa aid 4 kəndimiz geri qaytarıldığı dövrdə Ermənistanda saxta “keşiş” Baqrat Qalstyanın “Vətən üçün Tavuş” hərəkatını, o cümlədən 2024-cü ilin sentyabrında, yəni Ermənistanın ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalamasından az öncə (bunun üçün danışıqların getdiyi, ABŞ-la birgə hərbi təlimlər keçirdiyi bir vaxtda) Rusiya dəstəkli qüvvələr tərəfindən hakimiyyət çevrilişi cəhdi qeyd oluna bilər. Həmçinin Rusiya tərəfindən dəstəklənən anti-Paşinyan qüvvələr ötən ilin mayında Parlamentdə Paşinyana qarşı impiçment məsələsini gündəmə gətirmişlər. 2024-cü ildə impiçment alınmadı. Çünki, bunun üçün müxalifətin 54 səsə ehtiyac vardı, lakin onlar Ermənistan Parlamentində sadəcə 35 deputatla təmsil olunurlar. Artıq bu məsələnin gündəmə gəlməsindən bir il keçir.

Ermənistanda yeni-yeni “hərəkatlar” yaradılmaqda, hərbi-siyasi-terror qruplaşmaları formalaşdırılmaqdadır və onlar hələ də Paşinyanın impiçmentini tələb edirlər. Bu günlərdə “Biz yatmırıq” adlı hərəkat yaradılıb. Onun təşəbbüsçüsü Edqar Xazaryan impiçment prosesinin uğurla nəticələnəcəyindən əminliyini ifadə edib. Göründüyü kimi, bütün cəhdlərə baxmayaraq Paşinyan hələ ki, hakimiyyətini qoruyur. Lakin burada bir məqamı qeyd etmək yerinə düşər. Ermənistan nə qədər Qərbə yönəlmiş kimi görünsə də, Rusiya ilə inkaredilməz dərəcədə güclü bağlara malikdir. İki ölkə arasında açıqlanan rəsmi ticarət dövriyyəsi son bir neçə ildə 5-6 dəfə artaraq 12 milyard dollara çatıb, qeyri-rəsmi isə 18 milyard dollar olduğu deyilir. Bu, Rusiyanın qlobal sanksiyalardan yayınmasına Ermənistanın gizli dəstəyi olaraq qiymətləndirilməkdədir. Odur ki, Rusiya istəsəydi Paşinyan hakimiyyətini artıq bitirmişdi. Ermənistan Rusiyanın real iqtisadi-siyasi təzyiqi qarşısında heç bircə gün tab gətirə bilməz. Rusiya istəyəndə Paşinyan başqa birisi ilə əvəz olunacaq. Lakin bu, Azərbaycanı deyil, Ermənistan xalqını narahat etməli olan məsələdir”.

Şəhla Cəlilzadə

Politoloq qeyd edib ki, Azərbaycan qalib, öz suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş bir dövlətdir: “Artıq nəinki regional konyuktural məsələlər, hətta qlobal məsələlərin həllində də Azərbaycanın iştirakı var. Başqa sözlə, Bakı qlobal diplomatiya paytaxtına çevrilməkdədir.

Ermənistanda revanşist qüvvələr Rusiyanın dəstəyi ilə hakimiyyətə geri dönsələr belə, onların edə biləcəkləri bir şey yoxdur. Əksinə, Ermənistanın ötən 4-5 ildə əldə etdikləri Qərbyönümlü uğurlarının hamısının üstündən böyük bir xətt çəkmiş olacaqlar. Paşinyan hakimiyyəti isə nisbətən daha konstruktivdir və onunla regional sülh gündəmini qorumaq mümkündür”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 May 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri