“Ukrayna və Rusiya hazırda müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmır”
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
“Kiyev və Moskva hələ ki, müharibənin dayandırılması və ya atəşkəs barədə danışıqlar aparmır. Bununla belə, humanitar məsələlər, xüsusən də məhbus mübadiləsi ilə bağlı əlaqələr davam edir”.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov “CNN” telekanalına müsahibəsində məlumat verib.
"Hazırda biz humanitar komponenti davam etdiririk, xüsusən də hərbi əsirlərin azad edilməsini", - deyə siyasətçi vurğulayıb.
Umerov qeyd edib ki, Rusiya ilin sonuna qədər Ukraynaya gündə 1000-ə qədər zərbə endirməyə çalışacaq:
"Rusiya hücumların sayını gündə minə çatdırmağa çalışır, ona görə də düşünürəm ki, onlar ilin sonuna qədər hücumlarını genişləndirəcəklər. Bu, Rusiyanın müharibəni bitirmək kimi ciddi niyyətinin olmadığını göstərir", - deyə siyasətçi bildirib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 Sentyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















