Icma.az
close
up
RU
“Ukrayna xalqı artıq müharibədə qalib gəlib, çünki…” SENSASİON AÇIQLAMA KONKRET

“Ukrayna xalqı artıq müharibədə qalib gəlib, çünki…” SENSASİON AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Hazırda Rusiya-Ukrayna müharibəsi davam edir və Tramp Putinlə ortaq məxrəcə gələ bilmir. Eyni zamanda Zelenski də bəzi məqamlarla razılaşmır. Belə olan halda müharibə uzanır. Maraqlıdır, Ukraynada müharibə kimin xeyrinə bitəcək?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, Tramp hakimiyyətə gələndən sonra vəziyyət dəyişib:

“ABŞ lideri öz qərarı ilə Ukraynaya bir ədəd patron belə göndərməyib. Hətta kosmosdan Ukraynaya verilən kəşfiyyat məlumatları da dayandırılmışdı. Digər tərəfdən, Trampın Ukraynanın maraqlarını nəzərə almaması, vəziyyəti nisbətən Rusiyanın xeyrinə dəyişib. Ancaq cəbhədə elə də ciddi dəyişikliklər mövcud deyil. Bu baxımdan müharibə hələ bir müddət davam edəcək. Çünki rəsmi Moskva ABŞ-Rusiya münasibətlərindən və münbit mühitdən istifadə edərək zaman qazanmağa çalışır və yenidən toparlanıb bütün cəbhə boyu hücuma keçməklə daha böyük ərazilər almaq istəyir. Ən azı 4 vilayətin Rusiyaya birləşdirilməsi ilə bağlı bütün inzibati sərhədlərə çatmaq, mümkün olarsa, Xarkov, Sumı və Dnepri özündə birləşdirmək məqsədi güdür. Buna görə də, Rusya Ukraynanın enerji bloklarına zərbələr endirir və Kiyev adekvat cavab verir. Bu da atəşkəsi sual altına qoyur. Tramp atəşkəsin aprelin 20-nə qədər əldə olunmasını istəyir və tarixdə qalmağa çalışır. Amma bu qərarın olacağı böyük şübhələr yaradır”.

Qələbə məsələsinə gəlincə politoloq bildirib ki, artıq Ukrayna xalqı qalibdir:

“Söhbət daha çox ərazi işğalından getmir. Rusiya üç günə Kiyevdə hərbi parad keçirmək istəyirdi və özünü dünyanın ən güclü ölkəsi sayırdı. Amma Ukrayna xalqının iradəsi Rusiyanı dayandırdı. Onlar hətta rus əsgərlərini Kiyev sərhədindən Rusiyanın içərilərinə doğru qovmağı bacardılar. Bu, rus “hərb maşını”nın sınması deməkdir. Ərazilər işğal etməsinə rəğmən bu, Rusiyanın hegemon dövlət nüfuzuna ciddi zərbə oldu. Ancaq Avropa və ABŞ-ın yardımı olmadan Ukrayna cəbhəni əlində saxlaya bilməz. Əgər Kiyevə silah və ciddi maliyyə resursları ayrılsa, bu, uzunmüddətli müharibədə Rusiyanın iqtisadiyyatını çökdürəcək. Əgər Rusiya Trampla oynamağa qərar versə, bu, Moskva üçün acı nəticələrə gətirib çıxaracaq. Ortada çox böyük qeyri-müəyyənlik var. Müharibənin taleyi ABŞ və Avropa Birliyinin Ukraynanı nə qədər müdafiə edəcəyindən asılıdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri