Ukraynalı deputat faciəvi şəkildə həlak oldu FOTO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Ukrayna Ali Radasının deputatı, "Səs" partiyasının üzvü Yaroslav Rusçişin motosiklet qəzası nəticəsində həyatını itirib.
Milli.Az Vesti.az-a istinadla xəbər verir ki, hadisə zamanı deputat motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və digər nəqliyyat vasitəsi ilə toqquşub. O, ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, orada vəfat edib.
Qeyd edək ki, Yaroslav Rusçişin təkcə siyasətçi deyil, həm də Ukrayna şou-biznesində tanınmış prodüser kimi fəaliyyət göstərib. O, "Ölü mahnı", "Şanuvalnıkov çay klubu", "Dziga caz kvarteti" kimi musiqi layihələrinin prodüseri olub. Eyni zamanda, məşhur "Okean Elzy" qrupunun və müğənni Ruslananın ilk layihələrində də yaxından iştirak edib.
Hazırda qəza ilə bağlı araşdırmalar aparılır.
Fidan
Milli.Az
Baxış sayı:52
Bu xəbər 25 İyul 2025 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















