Icma.az
close
up
RU
“Ukraynalıları pulsuz öldürməyə və ölməyə hazır olan rus çox deyil” Sosioloji tədqiqatın maraqlı nəticələri

“Ukraynalıları pulsuz öldürməyə və ölməyə hazır olan rus çox deyil” Sosioloji tədqiqatın maraqlı nəticələri

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Artıq 4 ilə yaxındır Ukarynaya qarşı davam edən işğalçılıq müharibəsinin rusiyalılar tərəfindən əslində, necə qəbul olunduğu, nədən bütün uğursuzluqlara, müharibənin yaratdığı fəsadlara, itkilərə rəğmən rusların “səsini çıxarmaması” maraq doğuran suallardandır.

Rusiyalıların müharibəyə hazırkı gerçək münasibəti, savaş bitəcəyi təqdirdə Putin hakimiyyətini gözləyən perspektiv və s. bu kimi mövzularla bağlı Rusiyanın Konfliktologiya və Analiz İnstitutunun direktoru, sosiologiya elmləri doktoru Aleksandr Şulqa Ukrayna mediasına olduqca maraqlı müsahibə verib.

Mütəxəssisin qeyd etdiyi kimi, aparılan sosioloji araşdırmalar göstərir ki, rusların böyük əksəriyyəti hazırda mövcud cəbhə xəttində müharibəni dayandırmağa hazırdır. Vladimir Putinin bütün Donbası ələ keçirmədən savaşı dayandırmasının və danışıqlar aparmasının ruslar tərəfindən guya qəbul olunmayacağına dair iddialar isə tamamilə əsassızdır.

Müharibə zamanı Şulqanın rəhbərlik etdiyi QHT tipli sorğu təşkilatının əməkdaşlar Rusiya sakinləri ilə telefon danışıqları əsasında ildə bir neçə dəfə sosioloji sorğular keçirirlər. Bu söhbətləri təhlil edən tədqiqatçılar müəyyən nəticələrə gəliblər.

Sosioloqun sözlərinə görə, ruslar Ukrayna ilə müharibənin işğalçılıq olduğunu başa düşürlər, lakin onlar buna sadəcə, pul qazanmağın daha bir yolu kimi baxırlar: "Ukraynalıları təmənnasız, pulsuz öldürməyə və ölməyə hazır olan rus o qədər də çox deyil. "Ürəklərinin çağırışı ilə" müharibəyə getmək istəyən bir milyon fanatın olmaması bizim üçün yaxşı xəbərdir".

Lakin mütəxəssisin qeyd etdiyi kimi, pis xəbər odur ki, “ruslar üçün mənəvi maneə, müharibənin qəddarlığı və ədalətsizliyinə qarşı heç bir refleks yoxdur”: "Deməli, Rusiya çox güman ki, bu müharibədən heç bir ibrət dərsi almayacaq; hətta Putinin hakimiyyətdən getməsi və ya onun fiziki ölümü ilə belə bundan heç bir nəticə, dərs çıxarılmayacaq. Cəzasız qalan şər isə həmişə geri qayıdır. Ukraynalılar bunu yaxşı bilir".

Sosioloq qeyd edir ki, ruslar müharibəni “COVID” pandemiyası kimi bir şey olaraq qəbul edirlər. Sosioloqların ruslar haqqında çıxardıqları başqa bir nəticə 2023-cü ilin ortalarından başlayaraq müharibənin onlar üçün rutinləşməsidir: "Bu pisdir, çünki ruslar yeni şərtləri qəbul etməyi, problemlərə məhəl qoymamağı və bununla yaşamağı öyrəniblər. Bunun üçün rejimin günahkar olduğunu və müharibəni yalnız onun dayandıra biləcəyini anlamaq yoxdur. Ruslar müharibəni heç kimin dayandıra bilməyəcəyini, onun “COVID” pandemiyası kimi, qəddar təbii fəlakət olduğunu qəbul etməyə başlayıblar. Orta və uzunmüddətli perspektivdə bu, onlara yaşamaq üçün resept verir və eyni zamanda, Kremldə eyni şeyi təkcə Ukraynada deyil, digər ölkələrdə də təkrarlaya biləcəyinə inam yaradır. Yəni, əgər ruslar İkinci Dünya müharibəsindən bəri ən qanlı olan bu ədalətsiz müharibəni qəbul ediblərsə, o zaman onlar digər işğalçılıq müharibələrinə, münaqişələrə də dözə biləcəklər".

Mütəxəssis qeyd edir ki, orta və yaşlı nəsildən fərqli olaraq, Rusiyadakı gənclər müharibəni ümumiyyətlə istəmirlər: "Gənclər nə pulsuz, nə də pulla müharibədə iştirak etmək istəmirlər. Çünki onları maddi qazanc az maraqlandırır (hələ oxuyurlar, valideyn yardımı alırlar, ailəli deyillər və sair). Gənclər arasında müharibəyə marağın olmaması Rusiya sosial sorğu şirkətlərinin apardığı araşdırmalarla da təsdiqlənir".

Bununla yanaşı, tədqiqat göstərir ki, əksər ruslar müharibənin günü bugün başa çatmasına razıdırlar. Bu o deməkdir ki, onlar demarkasiya xəttini mövcud cəbhə xətti kimi qəbul edəcəklər: "Putinin bütün Donbası və ya Zaporojyeni ələ keçirmədən danışıqlar aparacağı təqdirdə rusların bunu qəbul etməyəcəyi fikrinə istinadlar düzgün deyil. Ruslar onsuz da Donbasın onlara nə üçün lazım olduğunu anlamırlar".

Sosioloq “Sabah Putin müharibənin bitdiyini elan etsə, bu qərarı dəstəkləyəcəksinizmi?” sualına rusların böyük əksəriyyətinin “bəli” cavabı verdiyini qeyd edib: “Bundan əvvəl biz soruşurduq ki, sizcə, Rusiya Ukraynaya qarşı müharibə öz məqsədlərinə nail oldumu? Respondentlərin yarıdan çoxu ardıcıl olaraq bu məqsədlərə yalnız qismən nail olunduğunu söylədi. Təxminən cəmi 5% isə buna tam nail olunduğunu bildirdi, lakin böyük əksəriyyət müharibənin bu gün başa çatması variant ilə razılaşdı. Ruslar müharibənin bitməsini istəyirlər və buna görə də Kremlin elan etdiyi hər şeyi qələbə kimi qəbul edəcəklər”.

Beləliklə, bu maraqlı tədqiqatdan belə nəticə çıxarmaq olar ki, ruslar müharibəyə nə “hə”, nə də “yox” deyir. Bu, onların dövlətin və özlərinin belə taleyinə biganə yanaşmalarının daha bir göstəricisidir. Digər səbəblərlə yanaşı, məhz bu səbəbdən hazırkı Putin Rusiyası bütün qonşuları, o cümlədən bizinm ölkəmiz üçün təhlükə mənbəyi olaraq qalır. Çünki əslində, Kremlin ən böyük silahı ballistik raketlər, nüvə silahı və s. yox, məhz Rusiyadakı amansız, qəddar, biganə toplum və insan həyatının dəyərsizliyidir.

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri