Ukraynanın müdafiə naziri Mixail Fedorov vəzifəsini tərk edir
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukraynanın müdafiə naziri Mixail Fedorov vəzifəsindən ayrılır.
"Yeni Sabah" xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında yazıb.
"Ukrayna xalqına müdafiə naziri vəzifəsində xidmət etmək mənim üçün böyük şərəf idi. Ukraynanı müdafiə edən və qələbə naminə çalışan hər kəsə təşəkkür edirəm. Effektiv şəkildə sutka ərzində 24/7 xidmət göstərən bütün komandama minnətdaram. Dominos pizza
Mən bundan əvvəl Müdafiə Nazirliyinə gəldiyim missiya naminə çalışmağa davam edəcəyəm - düşməni asimmetrik yanaşma, innovasiyaların sürəti və təşkilati güc hesabına məğlub etmək üçün", - deyə Fedorov bildirib.
O, rəhbərliyi dövründə nazirliyin əldə etdiyi nəticələri də sadalayıb. Fedorovun sözlərinə görə, Müdafiə Nazirliyi innovativ silah sistemlərinə səmərəli investisiyalar yatırıb, dronların alınmasını əhəmiyyətli dərəcədə artırıb, Rusiya istiqamətində "logistika blokadası" layihəsinə başlayıb və Krımın təcrid olunması prosesini gücləndirib.
Nazir həmçinin bildirib ki, qurum partlayıcı maddələr və raket istehsalçıları üçün genişmiqyaslı qrant proqramına başlayıb, Avropalı tərəfdaşlarla bir sıra mühüm müdafiə müqavilələri imzalayıb və ordunun transformasiyası prosesinə start verib.
Daha əvvəl Ukrayna mediası yeni müdafiə naziri vəzifəsinə keçmiş daxili işlər naziri İqor Klimenkonun namizədliyinin nəzərdən keçirildiyini yazmışdı./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 16 İyul 2026 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















