Icma.az
close
up
RU
Ukraynanın parçalanması: Narıncı inqilab ların məyusluq yaradan nəticələri

Ukraynanın parçalanması: Narıncı inqilab ların məyusluq yaradan nəticələri

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bu gün Ukrayna dövlətinin düşdüyü çətin durum yalnız son üç ilin hadisələrinin məntiqi yekunu deyil. Ukrayna xalqının ölüm-dirim mübarizəsi apardığı hazırkı situasiyanın əsası illər öncə Qərbin ultra-liberal ideologiyasının daşıyıcıları olan mərkəzlərin və fondların təhriki və sponsorluğu ilə həyata keçirilmiş, "narıncı inqilablar" adını almış hadisələrin törədildiyi zaman qoyulub. İndi Avropanın ərazicə ən böyük ölkəsinin, təbii ehtiyatları, kənd təsərrüfatı, sənayesi və ən əsası - insan potensialı ilə zəngin dövlətinin masa üzərində parçalanması geosiyasi oyunların yekun səhnəsidir...

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Ukrayna xalqının ümummilli faciəsi

Nə qədər ağrılı olsa da, bu gün Ukrayna dövlətçiliyinin gələcək aqibəti ukraynalıların iştirakı olmadan müəyyən edilir. Bu prosesin ən acılı tərəfi ondan ibarətdir ki, üç ildir qanlı savaş meydanına çevrilmiş ölkədə sülhün bərqərar olması, Ukrayna xalqının hüzura qovuşmaq istəyinin reallığa çevrilməsi döyüş meydanında, raket zərbələri altında həlak olan insanların özlərindən asılı deyil. Ukrayna əvvəl kollektiv Qərblə Rusiya arasında çəkişmə meydanına çevrildi, indi isə yüz minlərlə insan həyatına bais olmuş bu amansız rəqabətin üç qütbü var: Avropa İttifaqı və NATO kimi qurumların Şərqə doğru genişlənmə planlarını özünün təbii maraqlarına təhdid görən Moskva, Kiyevi tapdaq altına salmaqla özünün ekspansionist maraqlarını reallaşdırmaq istəyən Brüssel və administrasiya dəyişikliyindən sonra bu mürəkkəb münaqişədən iqtisadi dividendlər əldə etməyə can atan Vaşinqton.

Hər bir müharibənin həm səbəbi, həm də hədəfi əksər hallarda iqtisadi maraqlardır. Ancaq bu gün Qərbin çəkinmədən, məramını ört-basdır etmədən, aşkar şəkildə sülh əvəzinə Ukraynanın təbii ehtiyatlarına iddiasını ortaya qoyması ukraynalıların həm şəxsi, həm də ümummilli faciəsidir. Bu reallıq onu göstərir ki, Avropa İttifaqı və onun ayrı-ayrı üzvləri, habelə ABŞ-nin tarixə qovuşmuş Bayden administrasiyasının bəlağətli vədlərinin arxasında məhz bu gün izlədiyimiz, cəngəllik qanunları və prinsipləri ilə həyata keçirilən bölgü durub. Ukraynanın "müdafiəsi"nə ayrılan maliyyə tranşları, outlet silah-sursat tədarükləri, populist bəyanatların hamısının nüvəsində geosiyasi və iqtisadi maraqlar dururmuş. Hazırda rəsmi Kiyevin çıxılmaz durumda olması, ölkə büdcəsinə və əhalinin rifahına xidmət etməli olan milyardlarla dollarlıq təbii ehtiyatlarını nəinki kimlərləsə bölüşmək və ya paylaşmaq, milli sərvətlərindən birdəfəlik məhrum olmaq kimi təhlükə ilə üz-üzə qalması deməkdir.

Neokolonializmin qəddar siması

XXI əsr dünyasında təəssüf ki, hələ də müstəmləkəçilik gerçəkliyi var. Bu neokolonial təfəkkürün daşıyıcısı olan Fransa kimi dövlətin başında durmuş Makron Ukraynanın düşdüyü mürəkkəb vəziyyətin memarlarından biridir. Paris nəinki qanlı müharibəni dayandırmaq istəyir, əksinə, Ukraynaya öldürücü silah göndərməklə daha neçə onminlərlə insanın qətlinə rəvac verir. Bugünlərdə bir araya gəlmiş Avropa liderlərinin Kiyevin "müdafiəsi"nə maliyyə yardımı ayırmaları səhnəsi vəziyyəti yaxından izləyən hər bir kəsdə belə bir təəssürat yaradır: sanki avropalılar bununla ukraynalılara deyirlər ki, nə lazımdır edəcəyik, təki siz döyüşün və Rusiyanın bizə tərəf irəliləməsinin qarşısını alın.

Qərbin müasir neokolonializmi, elan edilməmiş faşizm ideologiyasına bürünmüş ekspansionizmi nə qədər amansız və qəddardırsa, bir o qədər də cılız və qorxaqdır. Üç ildir ukraynalıların genefonduna sağalmayacaq zərərin vurulmasına baiskar olmuş Qərbi Avropa okeanın o tayından gələn dəstəyin kəsilməsindən sonra tir-tir əsir. Rusiyanın Ukraynadan sonra Avropanın içərilərinə doğru irəliləməsi ssenarisi Avropa liderlərinin yuxularının qorxulu mövzusuna çevrilib.

Saxta demokratlar

Müstəqil olmaq istəyən, göstərişlə oturub-durmağı özlərinə sığışdırmayan xalqlara "demokratiya" mühazirələri oxuyan, azad yaşamaq istəyən dövlətlərə qarşı "səlib yürüşləri" keçirən, Avropa Parlamenti, AŞ PA kimi qurumları qəsbkar geosiyasətlərinin əsas alətinə çevirmiş Qərbi Avropanın özü demokratiya, insan haqları kimi bəşəri anlayışların imtahanından keçə bilməyərək sinifdə qalır. Simvolik haldır ki, öz daxillərində belə demokratiyanın ən sadə tələblərini tapdaq altına atan, insan haqları kimi mütərəqqi məfhumu geosiyasi dəyənəyə çevirən bu dövlətlər bu gün başlıca müttəfiqləri - ABŞ tərəfindən sərt tənqidə məruz qalırlar. ABŞ-nin vitse-prezidenti Vensin Münhen Təhlükəsizlik Konfransındakı nitqi yalnız tədbirin təşkilatçısının ekspert auditoriyası qarşısında göz yaşlarına hakim ola bilməməsi ilə yekunlaşmamalıdır. Törədilənlərə görə cavab verilməlidir. Ukraynadakı qırğına sponsorluq edib kənara çəkilmiş dövlətlər heç öz daxillərində belə gerçək demokrat deyillər. Bu gün rəsmi Vaşinqtonun "qoca qitə"ni anti-demokratikliyə, despotizmə görə tənqid etməsi, özü də bunu Avropanın düz mərkəzində etməsi çox mətləblərdən xəbər verir, Qərbi Avropanın riyakar siyasətçilərinin iç üzünü açır.

"Narıncı inqilab"ların memarları niyə görünmürlər?

Ukrayna xalqının faciəvi günlər yaşadığı anlarda gözə nə Viktoria Nuland, nə Kondoliza Rays, nə də Samanta Pauer dəyir. Haradadır USAID, NED və NDİ? Cəmiyyətləri saxta ideologiyalarla, LGBT, pasifizm toxumları əkməklə daxildən çürüdüb dağıtmağı qarşılarına məqsəd qoymuş bu qurumlar Ukraynanın düşdüyü sonu görünməyən bəladan niyə narahatlıq keçirmirlər? "Narıncı inqilablar" adı altında dövlət çevrilişlərinə sponsorluq edərkən söylənən bəyanatlar, verilən sözlər indi niyə eşidilmir? İki-üç ay bundan öncə qonşu Gürcüstanda vəziyyəti qarışdırıb, gürcü xalqının əldə etdiyi gənc dövlətçiliyə balta vurmaq istəyən Makronun bir gözü nə səbəbdən Vaşinqtonda qalıb?

Bütün bu sualların bir cavabı var: əgər Ukraynanın liderləri vaxtında təhlükələri görsəydilər, sıravi xalq indi bu faciəni yaşamazdı. Hər bir xalq, cəmiyyət və dövlət müstəqil mövcudluğunu qorumağı bacarmalı, milli maraqları geosiyasi qarşıdurmaların, müstəmləkəçilik niyyətlərinin alətinə çevrilməyə imkan verməməlidir. Xalqın mənafeyi, torpaq bütövlüyü və suverenliyin qlobal ticarət masasına çıxarılmamasının yeganə yolu dövlətə iradəli və qətiyyətli, güclü rəhbərin başçılıq etməsi, cəmiyyətdə həmrəyliyin olması və ümummilli məsələlərdə konsensusun əldə edilməsindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Mart 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri