Ukraynanın PUA hücumu: 5 ölü, 6 yaralı
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın bir neçə vilayətinə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində Moskva vilayətində 5 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.
Qubernator bildirib ki, əsas dağıntılar Çexov bələdiyyə dairəsində qeydə alınıb. Novoselki qəsəbəsinin sənaye zonasında bir neçə yanğın baş verib, elektrik yarımstansiyası və inzibati bina zədələnib. Solnışkovo kəndində isə PUA qalıqları fərdi yaşayış evinə və avtomobilə ziyan vurub.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko isə bildirib ki, bölgə üzərində daha 17 pilotsuz uçuş aparatı vurulub. Hücum nəticəsində bir nəfər xəsarət alıb. Tosno rayonunun Krasnı Bor qəsəbəsi yaxınlığındakı anbar zonasında zədələnmə qeydə alınıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusarın sözlərinə görə, bölgə üzərində 40-a yaxın pilotsuz uçuş aparatı məhv edilib. O qeyd edib ki, ilkin məlumata əsasən, ölən və ya xəsarət alan yoxdur, dağıntılarla bağlı məlumat dəqiqləşdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 Avqust 2026 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















