Icma.az
close
up
RU
“Ulduza hürənlərin” sayı artıb Azərbaycana qarşı isterika

“Ulduza hürənlərin” sayı artıb Azərbaycana qarşı isterika

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Erməni işğalı illərində Qarabağın müsəlman irsi ilə bağlı nə baş verdi?

Erməni kilsəsinin “Artsax yeparxiyası” yeparxiya şurasının sədri Lernik Ovannisyan da Azərbaycanın Qarabağın xristian irsini “məhv etdiyini” sərsəmləyənlərin sırasına qoşulub: “Azərbaycan mədəni etnosid edir, lakin nə münaqişə zonalarında mədəni-tarixi irsin qorunması ilə məşğul olmalı olan beynəlxalq təşkilatlar, nə də Ermənistan hakimiyyəti Qarabağın erməni irsinin xilası üçün hansısa addım atır”.

Eyni zamanda, Ovannisyan Ermənistan hakimiyyətini bu məsələ ilə bağlı ölümcül susqunluqda ittiham edib, baxmayaraq ki, erməni kilsəsi, ictimai təşkilatlar, diaspor nümayəndələri beynəlxalq ictimaiyyət qarşısında Qarabağın erməni mədəni-tarixi irsinin qorunub saxlanması ilə bağlı daim məsələləri qaldırırlar.

Qarabağda guya xristian irsinin dağıdılması məsələsinə toxunan Ovannisyan bildirib ki, “erməni mədəniyyət və tarixi abidələrinin mənimsənilməsi siyasəti, qondarma albanlaşma hələ sovet dövründə, 1950-60-cı illərdə başlayıb və bunun gələcəkdə də davam edəcəyi aydındır”.

Bu keşişdən soruşmaq istərdik: erməni işğalı illərində Qarabağın müsəlman irsi ilə bağlı nə baş verdi? Qarabağın uzunmüddətli erməni işğalının nəticələri geniş beynəlxalq ictimaiyyətə məlumdur. Bunlar yer üzündən silinmiş yaşayış məskənləri, donuzxanaya çevrilmiş məscidlər, Azərbaycan xalqının tarixi-mədəni irsinin murdarlanmış abidələridir. Ermənistan cəmiyyətində azərbaycanlılara qarşı dözümsüzlük və zooloji nifrət təbliğ olunduğu üçün bu obyektlər qəsdən və sistemli şəkildə məhv edilib.

Bu, təkcə Azərbaycanın əvvəllər işğal olunmuş rayonlarında deyil, həm də müasir Ermənistan ərazisində baş verib. Beləliklə, 1988-ci ilə qədər İrəvanda fəaliyyət göstərən yeganə məscid Dəmirbulaq məscidi olaraq qalmışdı. Bu məscid 1988-ci il fevralın 23-də azərbaycanlıların İrəvandan zorakılıqla qovulması zamanı yandırılıb. Məscid daha sonra dağıdılıb, sökülüb.

İrəvandakı Göy məscid yalnız ona görə sağ qalıb ki, sovet dövründə bu dini binada muzey yerləşirdi. XIX əsrdə tikilmiş İrəvan Abbas Mirzə (Sərdar) məscidinin divarının yalnız kiçik bir parçası qalıb.

Başqa bir məscid Andokavan kəndində (17-18-ci əsrlərə aiddir), digəri isə Zorakertdə (19-20-ci əsrlərə aiddir) yerləşir. Hər iki dini bina çox bərbad vəziyyətdədir, dağılmaq ərəfəsindədir.

Azərbaycan ərazilərinin işğalı ona gətirib çıxardı ki, erməni şovinistləri Qarabağın guya qədim erməni torpağı olması barədə uydurma tarixi miflərə müraciət edərək azərbaycanlıların bu torpaqlarda çoxəsrlik məskunlaşma izlərini silmək üçün Azərbaycan xalqının tarixi-mədəni irsini dağıdıblar. Hətta Qafqaz Albaniyasının irsinə aid olan xristian kilsələri də işğalçıların öz “tarixi-mədəni irsi”nə daxil edilib.

Bu cinayət əməllərinin məqsədi 19-cu əsrin əvvəllərindən başlayaraq ermənilərin bu torpaqlara köçürülməsi ilə bağlı danılmaz faktları gizlətmək və onların bu bölgələrdə guya min illik mövcudluğuna dair saxta tarixi “dəlillər” yaratmaq idi.

İşğalçılar Azərbaycan xalqının tarixi-mədəni irsini mənimsəmək və məhv etməyə başları o qədər qarışıb ki, Xocalı rayonunun Ulubab kəndi yaxınlığında yerləşən Ptkes Berk Surb Gevorq monastırını da zibilliyə çeviriblər. Başqa sözlə, onlar “xristian irsinə” belə, əhəmiyyət vermədilər. Amma “Artsax yeparxiyasının” nümayəndəsi bu barədə susmağa üstünlük verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 Fevral 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri