Umayra Tağıyeva: Azərbaycan iqlim riskləri ilə üzləşir
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" adlı panel sessiyada deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycanda iqlim riskləri ilə bağlı hallar müşahidə edilir:
"Azərbaycanın iqlim dəyişmələrinə dair həssaslıq indeksinin qiymətləndirilməsinə əsasən, son 10 il ərzində ekstremal hava-iqlim hadisələrinin sayı və intensivliyi xeyli artıb və sektoral inkişaf planlarında iqlim məsələlərinin inteqrasiyasını zəruri edib".
Onun sözlərinə görə, Avropada şiddətli istilər, Nepalda dağıdıcı sellər, dünyanın bir çox ölkəsində iqlim prosesləri göstərir ki, bu mövzuya həssas yanaşmaq lazımdır.
U.Tağıyeva əlavə edib ki, rəsmi araşdırmalar görə, erkən xəbərdarlıq sistemi iqlim zərərlərini 30% azalda bilər:
"Hazırda dünya süni intellektin təsiri ilə ciddi transformasiyalara və yeni imkanlara keçid edir. Bu məsələnin önəmi bütün qlobal platformalarda öz təsdiqini tapmaqdadır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 08 Sentyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















