Icma.az
close
up
RU
“Ümidimiz Allaha qalıb” “Füzuli”dən iş adamlarına çağırış

“Ümidimiz Allaha qalıb” “Füzuli”dən iş adamlarına çağırış

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2-ci liqa təmsilçisi “Füzuli” sonuncu turda “Şimal”a 0:5 uduzmaqla sonuncu pillədən qurtula bilmədi.

Belə çıxır ki, qarabağlılar bu liqada da yerini itirəcək. “Füzuli”nin meneceri Rəşad Babayev komandanın durumu haqda danışdı:

“Sonuncu yerdə olsaq da, riyazi şanlarımız qalmaqdadı. 2-ci dövrədən etibarən hər oyuna xal üçün çıxırıq. “Hypers Quba”, “Kür-Araz” ilə 3:3 hesablı oyunlarımız oldu. Xal qazanmaq üçün əlimizdən gələni edirik. Bəzən oyunlarımız alınmır. “Füzuli” ötən il 1-ci liqaya vəsiqə uğrunda mübarizə aparırdı və bu mübarizə sona qədər davam etdi. Sponsorsuzluq, maddi sıxıntılar bizə çox mane oldu. Futbolçu sayı məhduddu. Bundan sonrakı oyunlarımız final xarakterli olacaq. 2-ci liqada qalmaq istəyirik. Reallıqlar da var. Reallıqlar şanslarımızı azaldır. Qarşıdakı oyunlarımızın hər biri çox çətindi. Komandamızın indiki vəziyyəti Füzuli ictimaiyyəti üçün rəzillikdi. 200 minə yaxın əhalisi olan rayonda kifayət qədər iş adamı, nüfuzlu şəxslər var. Onlar komandanın bu vəziyyətə düşməməsinə kömək edə bilərdi. Rayonumuzu təmsil edən komandanın maddi təminatını ödəyə bilərdik. Təəssüf ki, deyəcəyimiz söz yoxdu. Region Liqasının elə təmsilçiləri var ki, 2-ci liqaya çıxmaq üçün yüzminlərlərə pul xərcləyir, əllərindən gələni edirlər. Biz 2-ci liqada ola-ola, sponsor, tərəfdaş tapa bilmirik. Ümidimiz Allaha qalıb. Qarşıdakı altı oyuna xal, qələbə üçün çıxacağıq, əlimizdən gələni edəcəyik”.


MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Aprel 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri