Icma.az
close
up
RU
Umud Mirzəyev: İkinci Qarabağ Zəfəri dövlət və cəmiyyət birliyinin təntənəsidir

Umud Mirzəyev: İkinci Qarabağ Zəfəri dövlət və cəmiyyət birliyinin təntənəsidir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 8 noyabr, AZƏRTAC

İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin 5 illiyinin qeyd olunduğu bu günlərdə Azərbaycan xalqı öz tarixinin ən parlaq mərhələsini yaşayır. Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu təkcə iqtisadi göstəricilərlə deyil, həm də milli həmrəylik, dövlət–cəmiyyət münasibətlərində formalaşan yeni siyasi və mədəni dəyərlərlə seçilir. Qarabağ Zəfəri, Böyük Qayıdış prosesi və postmünaqişə dövründə sülh gündəliyinin inkişafı Prezident İlham Əliyevin liderliyi ilə əldə edilmiş ən mühüm tarixi nailiyyətlərdir. Bu proseslər milli kimliyin, siyasi iradənin və vətəndaş məsuliyyətinin təntənəsi kimi dəyərləndirilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.

O bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Prezident İlham Əliyevin siyasətinə tam dəstək verir, onu həm müharibənin qalibi, həm də sülhün müəllifi kimi qiymətləndirirlər. "Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, humanitar mina təmizlənməsi təşəbbüsləri, şəhid ailələri və qazilərə dəstək, sosial adaptasiya layihələri, Böyük Qayıdış prosesində ictimai iştirakçılıq və nəzarət, bütün bunlar QHT-lərin artıq proseslərin fəal tərəfdaşına çevrildiyini göstərir. Bu, dövlət və vətəndaş cəmiyyəti arasında etimada əsaslanan əməkdaşlığın formalaşdığını təsdiqləyir.

Prezident İlham Əliyevin tarixi rolu bu gün həm də milli strateji düşüncənin möhkəmlənməsi ilə dəyərləndirilir. Onun rəhbərliyi ilə Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi və bölgədə yeni geosiyasi reallıq yaratdı. O, Azərbaycanı qələbədən-qələbəyə aparan lider kimi qəbul olunur. Lakin bu liderlik yalnız müharibə ilə məhdudlaşmayıb – sülh təşəbbüslərinin, regional inteqrasiya ideyalarının və davamlı inkişaf strategiyalarının müəllifi kimi də tanınır",-deyə U. Mirzəyev vurğulayıb.

QHT sədri əlavə edib ki, “Böyük Qayıdış” proqramı nəticəsində qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20-dən çox kənd yenidən inşa edilib, 60 minə yaxın insan doğma yurduna qayıdıb. “Ağıllı şəhər”, “yaşıl enerji”, müasir kommunikasiya infrastrukturu, sosial xidmətlər və digər layihələr dünyada bənzəri az olan post-münaqişə modelinin tərkib hissəsidir. Bu prosesdə QHT-lər sosial monitorinq, ictimai diplomatiya, beynəlxalq əməkdaşlıq və sosial proqramların icrasında mühüm rol oynayırlar. Bu mərhələnin diqqətçəkən xüsusiyyətlərindən biri dövlətlə vətəndaş cəmiyyəti institutları arasında formalaşmış yeni əməkdaşlıq modelidir. Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu modelin mərkəzində dayanır və QHT-lərlə dövlət qurumları arasında dialoqu institusional səviyyəyə daşımaq funksiyasını yerinə yetirir. QHT-lərin fəaliyyəti artıq daha şəffaf maliyyələşmə, açıq layihə müsabiqələri, beynəlxalq tərəfdaşlıqlar və idarəetmə standartlarının tətbiqi ilə inkişaf etdirilir. Dövlət ilk dəfə olaraq vətəndaş cəmiyyətini yalnız müşahidəçi və ya tənqidçi struktur kimi deyil, real tərəfdaş kimi qəbul edir.

Bu əməkdaşlığın nəticəsi kimi Azərbaycan QHT-lərinin regional və beynəlxalq arenadakı mövqeyi də möhkəmlənib. Son illərdə yaradılan Qlobal Cənub QHT Platforması, müxtəlif tematik koalisiyalar və beynəlxalq şəbəkələr Azərbaycanın səsini yeni formalarda dünyaya çatdırır. Bu platformalar vasitəsilə Azərbaycan QHT-ləri mina təhlükəsi, post-münaqişə reabilitasiyası, mədəni irsin qorunması və sülh təşəbbüsləri sahəsində beynəlxalq proseslərin fəal iştirakçısına çevriliblər.

Xüsusilə ötən ay Xankəndidə keçirilən QHT-lərin Əməkdaşlıq Forumu Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və dövlət–cəmiyyət birliyinin yeni reallıqda təsdiqi kimi tarixi əhəmiyyət daşıdı. Vətəndaş cəmiyyəti uzun illər Qarabağ məsələsini beynəlxalq tribunalardan səsləndirirdisə, indi artıq həmin həqiqətləri məhz Xankəndidə – azad olunmuş torpaqlarda ifadə edir. Bu Forum eyni zamanda vətəndaş cəmiyyəti üçün yeni məsuliyyət mərhələsinin başlanğıcıdır. Qarabağda bərpa, reinteqrasiya, mina təhlükəsizliyi, sosial adaptasiya və humanitar dəstək proseslərində QHT-lərin rolu daha da artır.

“Hazırkı mərhələ təkcə qələbənin emosiyası deyil, onun məsuliyyətini daşıyan cəmiyyət modelinin formalaşması dövrüdür. Bu, dövlət və cəmiyyətin birlikdə yazdığı yeni tarixdir. QHT-lər bu tarixi dönüşün həm iştirakçıları, həm də yaddaş daşıyıcılarıdır. Prezident İlham Əliyevin “Biz təkcə torpaqlarımızı deyil, ləyaqətimizi və milli qürurumuzu da geri qaytardıq” fikri bu gün hər bir azərbaycanlının düşüncəsində yeni mərhələnin simvoluna çevrilib. Bu mərhələnin davamlılığı üçün dövlət və vətəndaş cəmiyyəti əvvəlkindən daha sıx həmrəy olmalı, əldə olunan qələbəni qalıcı sülhə, inkişaf və gələcək nəsillərə ötürüləcək milli mirasa çevirməlidir”,-deyə Umud Mirzəyev bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri