Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Ümumdünya Ticarət Təşkilatı ilə saziş Azərbaycanın şərtləri

Ümumdünya Ticarət Təşkilatı ilə saziş Azərbaycanın şərtləri

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadçı deputat hesab edir ki, tarifləşmədə vahid istiqamət götürülməlidir, çünki...
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1995-ci ildə yaradılıb. Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Ən gənc beynəlxalq təşkilatlardan olan ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) davamçısıdır. Dünya ticarətinin 98%-dən çoxu ÜTT-yə üzv ölkələrin payına düşür. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.
Təşkilatın normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Dünya ticarətinin 98 faizi ÜTT-yə üzv olan ölkələrin payına düşür. Demək olar ki, bütün postsovet ölkələri artıq bu təşkilata üzv olub. Rusiya və Qazaxıstan sonuncu üzv olan ölkələrdir. Qonşu Ermənistan, Gürcüstan isə 2003-2004-cü ildən üzvdürlər. Azərbaycan isə ÜTT-ə üzvü deyil. Azərbaycanın ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 23 iyun 1997-ci il tarixində ÜTT Katibliyinə təqdim edilmiş və həmin ildən Azərbaycan ÜTT-yə qəbul prosesinə və bu təşkilatla əməkdaşlığa başlayıb. Bu müddət ərzində ölkəmiz qanunvericiliyini ÜTT-nin tələblərinə uyğunlaşdırmaq və təşkilata üzv olmaq üçün müxtəlif islahatlar həyata keçirib. Misal üçün, “Standartlaşdırma haqqında”, “Texniki tənzimləmə haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlar qəbul edilib.
2024-cü ilin 6 iyun tarixində ÜTT-nin baş direktoru xanım Nqozi Okonjo-İvealanın Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüş keçirilib və Azərbaycanın ÜTT-yə üzvlük prosesi müzakirə edilib. Bu görüşdə təşkilata üzvlüyün Azərbaycan iqtisadiyyatı üçün potensial faydaları və riskləri də nəzərdən keçirilib. Qeyd edilib ki, ÜTT-yə üzvlük Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirəcək, ticarət əməliyyatlarını ümumi qaydalar əsasında həyata keçirməyə və beynəlxalq ticarət mübahisələrinin həlli mexanizmlərindən istifadə etməyə imkan verəcəkdir. Bununla yanaşı, üzvlük prosesi çərçivəsində kənd təsərrüfatı sektoruna dövlət dəstəyi və digər məsələlər üzrə danışıqlar davam etdirilir.
Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bu barədə geniş danışıb: “Baxmayaraq, uzun illərdir, deyərdim, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindəyik. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi proteksionizm, ikili standartlar, tariflərdir. Bütün bunlar isə Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Biz görürük ki, ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir. Buna görə də biz danışıqlar prosesindəyik. Lakin biz üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Bizi narahat edən məqamlardan biri bizim indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, bizim sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək bizim ixracın əsas hissəsi qazıntı enerji növləridir. Bunun üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Ölkə əmtəələrini bazarda satır”.
Dövlət başçısı əlavə edib ki, beləliklə, bazarlarını bütün dünyaya açmaqla ÜTT-yə üzv ölkələr rəqabəti artıracaq. Amma eyni zamanda onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər: “Beləliklə, biz bu prosesi balanslaşdırırıq və gələcək danışıqlar prosesində maksimum müsbət şərtləri əldə etməyə çalışırıq. Mən artıq demişəm ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. Bizim ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım deyil. Biz malik olduqlarımızı itirmək istəmirik. Lakin təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, - istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı, - qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan gedər”.
Yerli ekspertlərə görə, Azərbaycanın ÜTT-yə üzv olması bir sıra dividentlər vəd edir. Belə ki, ixrac imkanlarımızı reallaşdırmaq üçün xarici bazarlara daha asan daxil olmaq, fiskal məhdudiyyətlərlə üzləşməmək, xarici investisiyaların cəlb edilməsi üçün daha əlverişli platformaya sahib olmaq, texnologiyaların mübadiləsini asanlaşdırmaq, rəqabət mühitini qlobal etməklə yerli şirkətlərin inkişafına nail olmaq - bunlar əsas hədəf və dividentlərdir.
Bu arada, Trampın idxal vergilərini artırmaq planları Ümumdünya Ticarət Təşkilatının sisteminə əhəmiyyətli təsir göstərə bilər. Bu addımlar qlobal ticarət müharibəsinə və nəticədə qlobal tənəzzülə səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, Trampın Çin və digər ölkələrdən idxal olunan mallara rüsumların artırılması təklifi qlobal iqtisadiyyata mənfi təsir göstərəcək.
Bundan əlavə, Trampın ÜTT-ni tənqid edərək, təşkilatdan çıxmaqla hədələməsi də qurumun fəaliyyətinə mənfi təsir göstərə bilər. Politoloqlar qeyd edirlər ki, Trampın bu bəyanatları ciddi qəbul edilməlidir və əgər ABŞ həqiqətən də ÜTT-dən çıxarsa, bu, dünya ticarətinə ciddi təsir göstərəcək.
Ümumilikdə, Trampın idxal vergilərini artırmaq və ÜTT-yə qarşı tənqidləri qlobal ticarət sistemində gərginliyə səbəb ola bilər və ÜTT-nin rolunu zəiflədə bilər.
 

İqtisadçı millət vəkili Aydın Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, ölkədə aparılan iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri Azərbaycanın ixrac potensialının artırılmasıdır:  “Yəni rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların dünya bazarına çıxarılmasıdır. Hazırda biz neft-qaz məhsulları ilə dünya bazarında iştirak edirik və başlıca məqsədimiz qeyri-neft məhsullarının ixracını daha da genişləndirməkdir. Qeyri-neft məhsullarının dünya bazarına çıxarılması istiqamətində ildən-ilə müsbət nəticələr əldə olunur və bu sahədə mühüm addımlar atılır. Ümumdünya Ticarət Təşkilatına qoşulmaqda başlıca məqsədlərdən biri də Azərbaycan məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməkdir. Digər tərəfdən, ən başlıca məqsəd daxili bazarı qorumaq, daxili istehsalın inkişafını təmin etməkdir. Lakin ikili standartların mövcud olduğu şəraitdə bunu reallaşdırmaq mümkün deyil. Buna görə də tarifləşmədə vahid istiqamət götürülməlidir. Azərbaycanın istəyi, qeyd etdiyimiz kimi, daxili bazarın qorunması, yerli istehsalın genişləndirilməsidir. Ən əsası yerli istehsala mənfi təsir etməməlidir. Tarifləşmə ilə bağlı isə vahid yanaşma tətbiq olunmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Fevral 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri