Icma.az
close
up
RU
UNECdə “Yaşıl iqtisadiyyat”la bağlı vahid platforma yaradılır Professordan açıqlamalar AzPolitika onlayn siyasiictimai qəzet

UNECdə “Yaşıl iqtisadiyyat”la bağlı vahid platforma yaradılır Professordan açıqlamalar AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son bir il ərzində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) COP 29-a həsr olunan “Yaşıl iqtisadiyyat” mövzusunda keçirilən silsilə tədbirlər, beynəlxalq konfranslar, elmi araşdırmalar, elm adamlarının fikrləri universitetin vahid platformasında toplanacaq.

Bunu “AzPolitika”-ya açıqlamasında UNEC-in Elmi fəaliyyətin təşkili və idarə olunması Departamentinin direktoru, Avrasiya İqtisadiyyatı üzrə Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib.

Professor qeyd edib ki, bu yaxınlarda UNEC-də “Yaşıl iqtisadiyyat gənc tədqiqatçıların və tələbələrin gözü ilə” mövzusunda elmi seminar keçirilib: “Yaşıl iqtisadiyyat mövzusunda professor-müəllim heyətinin, təhsilalanların elmi-tədqiqatların aparılmasını təşviq etmək, eyni zamanda cəmiyyətin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə və ekoloji mədəniyyətin inkişafına dəstək olmaq məqsədilə "Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirildi. Bundan əvvəl isə Azərbaycan UNEC və Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya” mövzusunda Beynəlxalq elmi-praktik konfrans baş tutmuşdu. Təşkil olunan panel müzakirələrdə Azərbaycan, Türkiyə, Rusiya və Almaniyadan olan ekspertlərin iştirakı ilə yaşıl texnologiyalar, yaşıl iqtisadiyyat sektorunda sahibkarlar, davamlı inkişaf layihəsinin həyata keçirilməsi üçün təhsil müəssisələrinin biznes və hökumətlə qarşılıqlı əlaqəsi, yaşıl maliyyələşmə və digər mövzularda müzakirələr aparılmışdı”.

Z. Məmmədov qeyd edib ki, bu baxımdan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində UNEC-də keçirilən konfransların əsas mahiyyəti professor-müəllim heyətinin, təhsilalanların elmi-tədqiqatların aparılmasına, eyni zamanda cəmiyyətin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə və ekoloji mədəniyyətin inkişafına xidmət edib.

“Bu tədbirlərin hədəfi professor-müəllim heyətinin, tədqiqatçıların və ekspertlərin yaşıl iqtisadiyyat mövzusunda bilik potensialının və məlumatlılığının artırılması, konfrans iştirakçıları tərəfindən bu sahədə ən son yeniliklərin, tendensiyaların və problemlərin müzakirəsi, yaşıl iqtisadiyyat sahəsində təcrübə və tədqiqat nəticələrinin mübadiləsidir”- deyə, professor qeyd edib.

Z.Məmmədov universitetdə gənc tədqiqatçılar üçün yaradılan imkan və onlara verilən dəstəkdən də söz açıb. O, UNEC-də elmi-tədqiqat fəaliyyəti, ali məktəbin dünyanın nüfuzlu universitetləri ilə elmi əməkdaşlığı və beynəlxalq proqramlarda iştirakı barədə məlumat verib. Qeyd edib ki, UNEC-in qarşısında duran mühüm vəzifələrdən biri də “yeni nəsil tədqiqatçı” yetişdirməkdir.

“Bu məqsədlə universitetdə gənc tədqiqatçıların uğurlu fəaliyyəti üçün hər cür şərait yaradılır: elmi konfranslar, elmi seminarlar, “gənc tədqiqatçı” müsabiqələri keçirilir” - deyə, professor qeyd edib.

Elvin

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Dekabr 2024 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see249

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see232

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see188

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see163

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see141

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri