Icma.az
close
up
RU
Unutqanlıq psixoloji problemlərdən qaynaqlanır? AÇIQLAMA

Unutqanlıq psixoloji problemlərdən qaynaqlanır? AÇIQLAMA

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Unutqanlığı yalnız psixoloji problem kimi qiymətləndirmək doğru deyil".

Bu sözləri psixoloq Ülviyyə İlqar  açıqlamasında deyib. 

O bildirib ki, unutqanlıq həm fizioloji, həm də psixoloji səbəblərdən qaynaqlana bilər:

"Stress, təşviş və depressiya kimi psixoloji faktorlar unutqanlığın ən çox rast gəlinən səbəbləri sırasındadır. Həmçinin, stressli həyat tərzi, çox məsuliyyət və daim narahatlıq hissi beynin həddindən artıq yüklənməsinə gətirib çıxarır. Bu isə məlumatın emal edilməsini çətinləşdirir. 

Eyni zamanda, depressiya yaşayan insanlar da tez-tez diqqəti toplamaq və yadda saxlamaqda çətinlik çəkirlər. Onların ümumi emosional vəziyyəti bu prosesi daha da çətinləşdirir. Çünki stressli həyat tərzi və ya emosional gərginlik beynin həddindən artıq yüklənməsinə səbəb olur".

Psixoloq qeyd edib ki, belə vəziyyətdə beyin əsasən, həyati əhəmiyyətli problemlərə fokuslanır:

"Ona görə də digər məlumatları yadda saxlamaqda çətinlik çəkir. Bundan başqa, stress hormonu olan kortizolun yüksək səviyyədə olması da beynin yaddaş funksiyalarını zəiflədə bilər. Lakin psixoloji problemlər olmadan da unutqanlıq müşahidə olunur".

Ülviyyə İlqar bununla bağlı nümunə də verib:

"Məsələn, yuxusuzluq, düzgün qidalanmamaq, B12 vitamini çatışmazlığı və ya digər fizioloji amillər yaddaşa mənfi təsir edə bilər. Bu səbəbdən unutqanlığın əsas səbəbini təyin etmək üçün həm psixoloji, həm də tibbi aspektləri birgə nəzərdən keçirmək vacibdir. Unutqanlıq bəzən keçici bir hal olur. Lakin uzun müddət davam edən və gündəlik həyata təsir edən unutqanlıq vəziyyətində mütəxəssis yardımı almaq tövsiyə olunur".\\hit.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Yanvar 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri