Icma.az
close
up
RU
Ürəyin infarktdan sonra bərpasını sürətləndirən yeni üsul tapılıb

Ürəyin infarktdan sonra bərpasını sürətləndirən yeni üsul tapılıb

Azpost saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Temple Universitetinin Tibb Məktəbinin alimləri infarktdan sonra ürəyin sağalmasını sürətləndirən əvvəllər məlum olmayan bir mexanizmi aşkarlayıblar. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, tədqiqat “Circulation Research” jurnalında dərc olunub.

Mütəxəssislərin müəyyən etdiyi əsas amil xüsusi bir molekuldur — halqavari RNT (Circ-CDR1as). Bu RNT növü ucları birləşərək dairə əmələ gətirən molekul formasına malikdir. Son illərdə bu cür RNT-lər orqanizmdə müxtəlif xəstəliklərin diaqnostikasında biomarker kimi istifadə olunur.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, Circ-CDR1as molekulu immun hüceyrələrini “bərpa rejiminə” keçməyə kömək edir və zədələnmiş ürək toxumasında iltihabı azaldır.

Alimlərin izahına görə, ürəyin zədələnmədən sonra bərpasında əsas rolu makrofaq adlanan hüceyrələr oynayır. Bu hüceyrələr əvvəlcə zərərli maddələri və ölü hüceyrələri təmizləyir, sonra isə sağalma prosesini başladır. Lakin infarktdan sonra orqanizmdə Circ-CDR1as səviyyəsi azalır, nəticədə makrofaqların fəaliyyəti pozulur və ürəyin bərpası ləngiyir.

Tədqiqat zamanı alimlər bu molekulun səviyyəsini normaya qaytardıqda, siçanların ürək toxuması daha sürətlə bərpa olunub, zədələnmə sahəsi isə xeyli kiçilib.

Mütəxəssislər hesab edirlər ki, bu kəşf gələcəkdə orqanizmin təbii bərpa mexanizmini aktivləşdirən yeni dərmanların yaradılması üçün əsas ola bilər. Bununla belə, belə preparatların hazırlanmasından əvvəl insanlar üzərində əlavə elmi araşdırmalar aparılması vacib sayılır.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Noyabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri