Icma.az
close
up
RU
Uşağı ərköyün böyütmə!

Uşağı ərköyün böyütmə!

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Valideynlər tez-tez aşağıdakı “məsləhətləri” eşidirlər: “uşağın hər dediyini eləmək lazım deyil, yoxsa ərköyünləşər və “başınıza çıxar”; “Tez-tez qucağına götürmə, öz yanında yatızdırma, səsi çıxan kimi yanına qaçma!

Ərköyünləşəcək!” və ya “Qoy özü eləsin! Yoxsa heç nə öyrənməyəcək!”.

Bir qayda olaraq, atanın və ya ananın uşağın ehtiyacına cavab verməsinə uşağı “ərköyün böyütmək” damğası vururlar. Axı bunun uşağa nə zərəri ola bilər? Məgər bütün bunları uşağı “ərköyünləşdirmək” adlandırmaq olarmı? Körpənin məhz istədiyi an anasının isti əllərinə və sinəsinə ehtiyacı var. Nisbətən böyük uşaq da körpə kimi qayğıya ehtiyac duya bilər. O da istəyə bilər ki, onu qaşıqla yedirsinlər və ya yorulduqda geyindirsinlər, qucağa alsınlar. Onun həqiqətən buna ehtiyacı var, yoxsa bunları tələb etməz. Deməli, məhz o istəyən an valideynin dəstəyinə ehtiyacı var. Mənə elə gəlir ki, uşaqlar ümumiyyətlə boş-boşuna qayğı tələb etməz, onların əvəzinə nəyinsə edilməsini istəməzlər. Əgər uşağın kifayət qədər gücü, enerjisi varsa, o onsuz da özü hər şeyi müstəqil şəkildə etməyə üstünlük verəcək. Lakin, əgər xahiş edirsə, deməli köməyə ehtiyacı var.

Yaxşı xatırlayıram, böyük oğlum 1,5-2 yaşlarında olanda, qarşıma məqsəd qoymuşdum – onu tərbiyə etməliyəm! Onu ərköyün böyütməkdən, ona həddən artıq kömək etməkdən qorxurdum. Bu yolla ona öz hərəkətlərinə görə cavabdeh olmağı öyrətməyə çalışırdım. Gəzintiyə çıxarkən özü ilə götürdüyü oyuncaqları evə qədər daşımasını tələb edirdim və ya paltarını özünün geyinməsini tələb edirdim – axı o bunu bacarırdı! Və ortancıl qızım 2 yaşında olanda qəfildən başa düşdüm ki, daha belə eləmirəm. Bir dəfə biz gəzintiyə çıxanda o özü ilə maşın götürmüşdü və biz hələ gəzintidə ikən onu sürməkdən yoruldu. Yadıma düşdü ki, bir vaxt oğlumdan bu maşını evə qədər daşımağı tələb etmişdim və başa düşdüm ki, indi belə eləmək istəmirəm. Körpəyə kömək etmək istəyirəm, axı o hələ balacadır və necə tez yorulacağını əvvəlcədən bilmir. Və buna görə məsuliyyəti mən daşıyıram – bu maşını gəzintiyə çıxarmağa icazə vemrişəmsə, ona kömək də eləməliyəm. Və mən artıq bununla onun ərköyünləşəcəyindən qorxmuram. Əksinə, inanıram ki, o özünü daha inamlı hiss edəcək, çünki biləcək ki, onun arxasında duran, dəstək verən anası var.

Mən daha uşaqların valideynlərini manipulyasiya etdiyinə inanmıram. Uşaqlar – xeyirxahdırlar, nə özlərinin, nə də bizim düşmənimiz deyillər. Südəmər körpənin və ya daha böyük uşağın bu cür xahişlərinin yerinə yetirilməsi, onların ətraf mühitə güvən hissinin formalaşması, ehtiyaclarının diqqətsiz qalmayacağına əmin olmaları üçün zəruridir. Bu həqiqətən də uşağın normal inkişafı üçün vacibdir. Axı məlumdur ki, inkişaf yalnız rahatlıq nöqtəsindən törəyir. Uşaq daim öz ehtiyacları uğrunda mübariazə aparmalı olacaqsa və ehtiyaclarını heç kimin ödəməyəcəyi və hər şeyi özü eləyəcəyi ilə barışmalı olacaqsa özünü necə rahat hiss edə bilər?

Əlbəttə ki, bəzən uşağın istəklərini qəbul etməməyə vadar oluruq. Lakin, mən bunu tez-tez yox, həqiqətən də onun istəyini yerinə yetirmək üçün gücüm və imkanım olmayanda edirəm. Lakin, uşaqdan-uşağa fərq var. O sizin rədd cavabınıza dözəcək, sizin sevgi dolu qucağınızda ağlayaraq zəruri vəziyyətlə barışa biləcəkmi?

Əks halda, aranızda ayrılma baş verə və uşaq sizə qarşı emosional cəhətdən qapana bilər.

Həmçinin zəruri ehtiyacı ayırd etməyi bacarmaq vacibdir. Əgər məsələn uşaq mağazada şirniyyat tələb edirsə və ya yenə cizgi filminə baxmaq üçün zəhlənizi tökürsə – çox güman ki, bu onun zəruri ehtiyacından qaynaqlanmır. Belə olan halda valideynin vəzifəsi uşağın nə vaxt həqiqətən ehtiyacı olduğunu, nə vaxt isə ehtiyacı olduğunu düşündüyünü görməyi bacarmaqdır. Bəzən bunu anlamaq çox çətin olur. Ən əsası isə, uşağın hər hansı istəyini yerinə yetirməyi lazımi bilmədiyiniz halda ona etiraz etməyi bacarmaqdır. Bəzən valideynlər, əsasən də nənə və babalar uşağı ağlatmamaq üçün nəyə desən razı olurlar! Bax bu zaman həqiqətən ərköyünlük başlayır: uşaq sərhəd tanımır, həyatda bəzi şeyləri dəyişməyin və bu şeylərə təsir etməyin mümkün olmadığını anlamaq imkanı olmur. Əgər uşaq xoşagəlməz vəziyyətlə qarşılaşmayıbsa, qaçılmaz halla barışmalı olmayıbsa, cizgi filminin söndürülməsi ilə dünyanın dağılmadığını və hər kəsin hələ də yaşadığını dərk etmə imkanı olmayıbsa, o inkişaf və yetişmə üçün zəruri olan psixoloji uyuşqanlıq qazanmayacaq.

Belə çıxır ki, sevgi, ehtiyacların diqqətə alınması, kömək təklif etmək, təmas və yaxınlıqdan doymaq istəyi – uşağı ərköyün böyütmək demək deyil.

Uşağı ərköyünləşdirmək – heç bir vəchlə onun əhvalının pozulmasına imkan verməmək, istənilən xoşagəlməz vəziyyətdən qorumaqdır. Belə olan halda uşaq dünyanın onun ətrafında fırlandığını və istəklərindən hər hansı yerinə yetirilməzsə dünyanın sonu olacağını düşünür.

Müəllif: Nadejda Şestakova
Mənbə: «Как это – баловать детей?»
Tərcümə edən: Xumar Ərşadlı

www.tebiivalideynlik.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri