Uşağınızın iştahası pozulur, saçları tökülür, dərisi quruyursa… Həkimdən valideynlərə ÇAĞIRIŞ
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Valideynlər ev şəraitində diqqətli olduqda qanazlığının ilkin əlamətlərini hiss edə bilərlər”
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Xalidə Hacıyeva deyib.
X.Hacıyeva bildirib ki, ilkin olaraq uşaqlarda iştahasızlıq olur, tez yorulur, daha çox halsız görünür və oyun oynamaq istəmir.
“Üzündə və dodaqlarında solğunluq nəzərə çarpır, iştahası zəifləyir, saçları tökülür, dərisi quruyur. Bəzən uşaq torpaq, kağız, buz kimi qida olmayan əşyaları yeməyə meyilli ola bilər. Belə hallar valideyn üçün xəbərdarlıq siqnalı olmalı və mütləq həkimə müraciət edilməlidir”.
Pediatr qeyd edib ki, qan analizi vasitəsilə dəmirin səviyyəsi və qan göstəriciləri yoxlanılaraq diaqnoz təsdiqlənə bilər:
“Qanazlığı vaxtında aşkarlandıqda və düzgün müdaxilə olunduqda uşağın sağlam inkişafı bərpa olunur və fəsadların qarşısı alınır”.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 23 İyul 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















