Icma.az
close
up
RU
USAID, Amerikanın səsi və Azadlıq radiosu tək Azərbaycana deyil, ABŞ yə də ziyan verirdi RƏY

USAID, Amerikanın səsi və Azadlıq radiosu tək Azərbaycana deyil, ABŞ yə də ziyan verirdi RƏY

Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

USAID təşkilatı, həmçinin "Amerikanın səsi" və "Azadlıq" radiosu təkcə Azərbaycana deyil, Qərbin özünə, bu xüsusda Birləşmiş Ştatlara da ziyanverici mövqe sərgiləyirdi.

Manset.az Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

O qeyd edib ki, USAID haqqında okeanın o tayında səsləndirilən fikir və bəyanatlar, İlon Maskın bu qurumu terror təşkilatlarına maliyyə dəstəyi verməkdə ittiham etməsi deyilənlərə sübutdur:

"Lakin USAID-in əməlləri heç də bununla tamamlanmır. Bəzi məlumatlara görə bu təşkilatda maliyyə yeyintisi faktları da mövcuddur. Müstəqil siyasət yeridən ölkələrə qarşı “demokratiya”, “azadlıq”, “şəffaflıq” kimi gəlişi gözəl sözlərdən istifadə edib, təzyiqlər göstərən USAID əslində, demokratiyanı hədəfə alan terror təşkilatlarına yardım edirmiş. Yaxud gecə-gündüz şəffaflıqdan dəm vuran bu qurum öz maliyyə əməliyyatlarında qeyri-şəffaf addımlar atırmış”.

Deputat bildirib ki, "Amerikanın səsi", "Azadlıq" radiosu da təsis olunan zaman məramlarında qeyd edilən hədəflərdən çoxdan uzaqlaşmışdılar:

“Bu radiolar bir zamanlar sovet təbliğatına qarşı yaradılsa da, SSRİ dağılandan sonra tamamilə fərqli yanaşma sərgilədilər. Qərbin qaranlıq mərkəzlərinin girovuna çevrilən bu radiolar da müstəqil siyasət yürüdən ölkələrə qarşı qara piar kampaniyanın önündə getməyə başladılar. Azərbaycan bu təşkilat və radioların dağıdıcı fəaliyyəti barədə dəfələrlə xəbərdarlıq etmişdi. İndi isə artıq bunu Qərbin özü etiraf edir. Bundan sonra onların Azərbaycanda qalması mümkün deyildi".

Qeyd edək ki, Prezident Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb. Agentlik “Azadlıq radiosu” media korporasiyasına və "Amerikanın səsi" radiostansiyasına da nəzarət edir.

Xatırladaq ki, Azərbaycan ABŞ-ni USAID-in ölkə ərazisində fəaliyyətinin dayandırılması barədə məlumatlandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 19 Mart 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see338

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see203

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see136

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see133

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see125

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see120

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see119

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see118

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see117

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see116

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see115

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see114

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri