Icma.az
close
up
RU
Статья не опубликована
USAİD nin bağlanması ABŞ ın etirafıdır

USAİD nin bağlanması ABŞ ın etirafıdır

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

USAİD, yəni ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətinin Prezidnet Tramp tərəfindən dayandırılıması ciddi hadisədir. Bəlkə, bu qərar bir çoxları üçün göslənilməz oldu, lakin Trampın prezidentliyinin 1-ci dövründə USAİD-nin proqramlarına skeptik yanaşmasının şahidi olmuşduq və o zaman hakimiyyətə gəlişinin həm kövrək olması, həm də təcrübənin azlığı səbəbindən bu kimi qətiyyətli addımlar ata bilmirdi.

Lakin ikinci dəfə prezident seçkilərində inamlı qələbə qazanan Tramp göründüyü kimi daha cəsarətli və qətiyyətli qərarlar qəbul edir. USAİD-nin bağlanması haqqında verilən qərar da bu qəbildən olan qərarlardandır.

Vəziyyət o yerə çatıb ki, yeni yaradılan “Hökumət Səmərəliliyi Departamenti”nin rəhbəri İlon Mask USAİD-ni cinayətkar təşkilat adlandırıb və onun "peşəkar xarici fırıldaqçılıq şəbəkələrinin" böyük məbləğdə vəsaiti oğurladığını, saxta rəqəmsal ABŞ vətəndaşları yaradaraq hökuməti aldadaraq pul qazandıqlarını deyib. Etiraf etməliyik ki, USİAD haqqında bu cür sərt bəyanatın veriləcəyini heç kim gözləmirdi. İlk dəfədir ki, USAİD-nin əsl mahiyyəti bu qədər dəqiq və faktlarla ifşa olunur. İlk dəfədir ki, ABŞ admisnitrasiyasi özünün xarici siyasətində USAİD kimi təşkilatların səmərəsiz olduğunu etiraf edir.

Bu isə o ehtimalı gücləndirir ki, Tramp administrasiyası USAİD vasitəsilə dövlətlərin suverenliyinə və siyasi müstəqilliyinə kobud müdaxilədən imtina edəcək, həmin ölkələrin qanuni seçilmiş hakimiyyətini və konstitusyon quruluşunu maliyyələşdirdiyi QHT və mətbuat vasitəsilə dəyişməyə cəhd etməyəcək. Təbii ki, bu ehtimalların nə qədər özünü doğruldacağını yaxın aylarda biləcəyik.

Ancaq istənilən halda Trampın USAİD-in baş qərargahının bağlanması və orda ciddi yoxlamalara başlması haqqında qərarı təqdirə layiqdir və bu imkan verəcək ki, burada kök salmış cinayətkar şəbəkə, o cümlədən ermənipərəst şəbəkə tamamilə sıradan çıxsın.

Yaxşı ki, Azərbaycan özünün dövlət suverenliyinə və siyasi müstəqilliyinə qrant proqramları vasitəsilə müdaxilə edilməsinin qarşısını almaq üçün vaxtında təsirli addımlar atmağı bacardı. Qrant vəsaitindən sui-istifadələrə yol verməmək, hesabatlılığı və şəffaflığı təmin etmək, milli təhlükəsizliyimizə təhdid yarada biləcək layihələrin qarşısını almaq məqsədilə 2012-2015 illərdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və digər müvafiq qanunlarda dəyişiklər edildi və bu sahədə olan bütün boşluqlar aradan qaldırıldı.

Sonrakı hadisələr, xüsusilə Gürcüstanın eyni addımlar atmasına, yəni, xarici müdaxilənin qarşısını almasına yönəlik qanunvericilik təşəbbüsünə ABŞ və Avropa İttifaqının sərgilədiyi sərt və qeyri-adekvat siyasət, tətbiq olunan sanksiyalar bir daha sübut etdi ki, bu yardımların və qrantların tək məqsədi hakimiyyətləri nəzarətdə saxlamaq və lazım gələndə onlara qarşı təzyiq mexanizmi kimi istifadə etmək olub. Dediyim kimi, Azərbaycan hakimiyyəti isə bunları dəqiq bildiyindən vaxtında çevik və ağıllı hərəkət edərək bütün bu qanunsuzluğun qarşısını aldı. Əgər bu, xarici təsir mexanizmi 2020-ci ildə mövcud olsayıdı, o zaman Vətən müharibəsində USAİD-nin ermənidən daha çox erməni olan direktoru Samanta Pauer kimiləri bu haqq işimizə qarşı daxildə istənilən təxribatı törətməkdən çəkinməzdilər. Zatən, Azərbaycana daxildən müdaxilə edə bilməyən bu təşkilatlar onun qisasını ölkəmizə qarşı ən çirkin kampaniyaları maliyyəşdirməklə, Ermənistana hər cür maddi və siyasi dəstək verməklə almağa çalışdılar.

Ancaq ümid edək ki, Trampın dediyi kimi, "radikal dəlilər tərəfindən idarə olunan" USAİD tam təmizlənəcək və orada kök salmış erməni şəbəkəsi və anti-Azərbaycan qruplaşmasının fəaliyyətinə birdəfəlik son qoyulacaq.
Onsuz da Azərbaycan Trampdan daha əvvəl, 2024-cü ilin iyulundan etibarən USİAD-nin ölkəmizdəki fəaliyyətini dayandırmışdı.

Azay Quliyev,

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 05 Fevral 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri