Uşaqlar arasında iməkləmə yarışı oldu VİDEO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Dünyanın ən şirin yarışması" adlı video sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.
Milli.Az xəbər verir ki, videoda uşaqlar arasında keçirilən iməkləmə yarışı əks olunub. Balacaların finiş xəttinə çatmaq üçün göstərdikləri səmimi və gülməli cəhdlər izləyənlərin üzündə təbəssüm yaradıb. Kimi yolunu dəyişib valideyninə tərəf sürünür, kimi isə oyuncaqlara aldanaraq yarışı "yarımçıq" qoyur.
Qısa müddətdə minlərlə baxış toplayan görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən "dünyanın ən şirin yarışması" adlandırılıb. Paylaşıma edilən şərhlərdə izləyicilər videonun onlara xoş ovqat bəxş etdiyini, uşaqların təbii davranışlarının isə hər kəsin ürəyini fəth etdiyini bildiriblər.
Sözügedən görüntülər hazırda müxtəlif platformalarda sürətlə yayılıb və ən çox paylaşılan videolar sırasında yer alır.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 31 Yanvar 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















