Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Uşaqlara aliment ödənilməsi problemlərinin innovativ həll yolları: beynəlxalq təcrübə və süni intellekt

Uşaqlara aliment ödənilməsi problemlərinin innovativ həll yolları: beynəlxalq təcrübə və süni intellekt

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Aliment öhdəliklərinin yerinə yetirilməməsi problemi bir çox ölkədə aktualdır və buna görə də müxtəlif dövlətlər bu məsələnin həlli üçün fərqli və effektiv mexanizmlər tətbiq edir. Xarici ölkələrin qanunvericiliyində belə hallarda aliment ödəyicisinin işsiz və ya gəlirsiz olduğu vəziyyətlərdə uşaqların təminatını qorumaq üçün müəyyən üsullar tətbiq olunur”

Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Yunis Xəlilov deyib.

Hüquqşünasın sözlərinə görə, İsveç, Norveç, Almaniya və Finlandiya kimi ölkələrdə bu problemi həll etmək üçün aliment fondu (Child Support Fund) yaradılıb. Bu fondlar aliment ödəyicisinin ödəniş etmədiyi hallarda uşaqların hüquqlarını qoruyur:

“Dövlət həmin aliment məbləğini müvəqqəti ödəyir və sonradan ödəyicidən bu məbləği tələb edir. Nümunə üçün qeyd edək ki, İsveçdə "Forsakringskassan" adlı qurum vasitəsilə uşağın sosial təminatı dövlət tərəfindən təmin edilir və aliment ödəyicisi bu borcu dövlətdən tədricən qaytarmağa borcludur.

Fransa və Kanada kimi ölkələrdə isə aliment ödəyicisinin işsiz olduğu halda məhkəmə onları ictimai işlərə cəlb edə bilər. Əldə edilən gəlirin bir hissəsi aliment kimi ödənir. ABŞ və Avstraliyada isə aliment öhdəlikləri ciddi nəzarətdə saxlanılır. Ödəyici işsizdirsə və ya gəliri yoxdursa, onların bank hesablarına əl qoyulur və ya gələcəkdə hər hansı mülk əldə edərsə, həmin əmlaka borc yazılır. Hətta belə şəxslərin pasport və sürücülük vəsiqəsi dayandırıla bilər. ABŞ-da aliment ödəmələri üçün elektron nəzarət sistemi də mövcuddur. Ödəyicinin işə girməsi ilə birlikdə əmək haqqından avtomatik olaraq aliment məbləği çıxılır və uşağa yönləndirilir. Almaniya və Hollandiyada aliment məbləği valideynin gəlirlərinə bağlı olaraq minimum səviyyədə də müəyyən edilə bilər. Yəni, heç bir gəliri olmayan şəxs üçün belə simvolik məbləğ təyin edilir ki, övladın təminatı bir şəkildə təmin olunsun. Danimarka və Norveçdə aliment ödəyicisinin gəlir əldə etməsi üçün ona iş təklifləri və ya peşə kursları təqdim edir. Beləliklə, həm valideyn əmək bazarına daxil olur, həm də uşaqlara dəstək verir. Alimentin ödənilməməsinə görə qanunvericilikdə cəza mexanizmləri nəzərdə tutan ölkələr də vardır. Məsələn, Rusiya və Ukrayna kimi ölkələrdə aliment öhdəliklərini yerinə yetirməyən valideynlər cinayət məsuliyyətinə cəlb edilir. Eyni zamanda, onların xaricə çıxışı qadağan edilir və ya müəyyən cərimələr tətbiq olunur. İsveçrəyə gəldikdə, bu ölkələrdə dövlət müvəqqəti olaraq alimenti ödəyir və ödəyicinin gəlir əldə etdikdən sonra bu borcu dövlətə qaytarmasını təmin edir”.

Hüquqşünas vurğulayıb ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə "Valideynlər uşaqlarını saxlamağa borcludurlar" (birinci hissə):

"Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər" (ikinci hissə). "Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər" (üçüncü hissə). "Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur" (dördüncü hissə). "Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir" (beşinci hissə). Ailə Məcəlləsinin 76-cı maddəsində isə təsbit edilir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

- 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

- 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

- 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.

Ailə qanunvericiliyinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78-ci maddəsində isə nəzərdə tutulur ki, "Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment 

ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər" (birinci hissə). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir" (ikinci hissə). "Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir" (üçüncü hissə). Ölkəmizdə alimentlə bağlı məhkəmə qətnaməsini ödəməyən şəxsi ilk olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi görə inzibati məsuliyyətə cəlb olunur. Şəxs alimentlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməzsə və ya həmin məhkəmə aktının icrasına maneçilik törədərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər”. 

Y.Xəlilov onu da əlavə edib ki, alimentin ödənilməsi və bu prosesin idarə olunması zamanı süni intellektin (AI) tətbiqi də son dövrlərdə bir sıra ölkələrdə effektiv nəticələr vermiş maraqlı üsullardan biri hesab edilir:

“ Bu mənada AI bəzi ölkələrdə sözügedən sahədə əsasən məlumatların təhlili, ödəyicilərin izinə düşmək, ödənişlərin idarə olunması və problemlərin həlli üçün istifadə olunur. Məsələn, ABŞ və Kanada kimi ölkələrdə AI sistemləri aliment ödəyicilərinin maliyyə vəziyyətini və ödəmə potensialını təhlil edir. AI, vergi bəyannamələri, bank hesabları, əməkhaqqı və digər maliyyə məlumatlarını analiz edərək ödəyicinin ödəmə qabiliyyətini qiymətləndirir. Bu, məhkəmələrə daha dəqiq və ədalətli qərarlar qəbul etməyə kömək edir. Tutaq ki, AI sistemi ödəyicinin işsiz olduğunu aşkar edərsə, onun gələcəkdə işə düzəlmə potensialını proqnozlaşdırmaq üçün əmək bazarındakı məlumatları da təhlil edir.

AI-dən aliment ödənişlərinin avtomatlaşdırılması məqsədilə də istifadə olunur. AI həmçinin sosial media profillərini, avtomobil qeydiyyatlarını və digər ictimai məlumatları təhlil edərək aliment ödəməkdən yayınan şəxsləri tapmağa kömək edir. Dünya təcrübəsində  AI dəstəkli məsləhətçi sistemlər də mövcuddur. Belə ki, bəzi ölkəlerdə AI valideynlərə aliment məsələləri ilə bağlı məsləhətlər verir. Bundan başqa, AI-nin proqnozlaşdırıcı analitika imkanları aliment ödəmələrinin vaxtında yerinə yetirilmə ehtimalını qiymətləndirir. Məsələn, AI sistemi, ödəyicinin gəlirində gözlənilən dəyişiklikləri və ya iş vəziyyətini təhlil edərək potensial gecikmələri proqnozlaşdırır və erkən xəbərdarlıq göndərir.

Bəzi qabaqcıl texnoloji nailiyyət qazanmış ölkələrdə (məsələn, Estoniya) aliment ödənişləri üçün AI blockchain texnologiyası ilə birləşdirilir. Bu, ödənişlərin izlənməsini və şəffaflığını təmin edir. AI borclu ilə kreditor arasında vasitəçi rolunu oynayaraq mübahisələrin qarşısını almağa kömək edir”.

“AI bəzi ölkələrdə valideynlər arasında alimentlə bağlı mübahisələrin həllində də istifadə olunur. Bəzi ölkələrdə valideynlər üçün AI əsaslı mobil tətbiqlər mövcuddur. Bu tətbiqlər aliment ödənişlərinin təqibi, məbləğin hesablanması və ödəyici ilə əlaqənin idarə olunması üçün nəzərdə tutulub. AI bu tətbiqlərdə istifadəçilərə şəxsi maliyyə planları tərtib etməyə də kömək edir.

Qeyd etmək lazımdır ki, AI hökumətlərin aliment siyasətlərini daha effektiv qurmasına dəstək olur. Məsələn, alimentlə bağlı problemləri təhlil edərək dövlətlərə sosial siyasətlərin inkişafı üçün məlumat təqdim edir.

Beləliklə, sonda deyə bilərik ki, süni intellekt aliment sistemlərinin daha effektiv, şəffaf və müasir tələblərə uyğun şəkildə idarə olunmasını təmin edir. Bu texnologiyaların tətbiqi ödəyicilərdən yayınanların aşkarlanmasını, ödənişlərin təmini və mübahisələrin həllini sürətləndirir. Azərbaycanda da bu cür texnologiyaların tətbiqi aliment problemlərinin həllində ciddi irəliləyiş təmin edə bilər”,-deyə hüquqşünas şərh edib.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Yanvar 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see258

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see236

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see230

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see197

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see154

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see152

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see142

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see139

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri