Icma.az
close
up
RU
Uşaqlığın vəziyyəti və uşaqlıq boruları keçiriciliyinin müayinəsi

Uşaqlığın vəziyyəti və uşaqlıq boruları keçiriciliyinin müayinəsi

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uşaqlığın müxtəlif patoloji prosesləri də (uşaqlıq daxilində çəpərin olması, endometrioz, miomatoz düyünlər və s.) sonsuzluğa səbəb ola bilərlər.

Məhz bu patologiyaların (anormallıq) aşkar edilməsi üçün qadınlarda kiçik çanaq üzvlərinin USM-i aparılır.

Uşaqlığın özündə olan patoloji proseslərdən savayı, uşaqlıq (Fallopi) borularının quruluşunda və/və ya funksiyalarında olan müxtəlif dəyişikliklər də sonsuzluğa gətirib çıxara bilər.

Uşaqlıq borularının keçiriciliyinin pozulması bir çox hallarda onların mənfəzinin bağlanması nəticəsində baş verir. Bu isə əsasən, boruların daxilində və ya xaricində olan iltihabi proseslərdən sonra əmələ gələn çapıq dəyişikliklərlə əlaqədar olur. Təhlükə (risk) qrupuna cinsi sistemin infeksiyalarına yoluxmuş olan və ya kiçik çanaq üzvlərində cərrahi əməliyyat keçirən (uşaqsalma əməliyyatı, uşaqlığın qaşınması, appendisitin xaric edilməsi və s.) qadınlar daxildirlər. Daha az hallarda müxtəlif şiş xəstəliklərində də uşaqlıq borularının keçiriciliyi çətinləşmiş olur.

Yumurta və ya mayalanmış ziqot hüceyrəsinin uşaqlıq borularında hərəkətinin ləngimə səbəbi uşaqlıq borularının yığılma qabiliyyətinin pozulması ola bilər.

Uşaqlıq boruları quruluşunun və fəaliyyətinin pozulması zamanı iki cür nəticə baş verə bilər:

- uşaqlıq boruları keçiriciliyinin və yığılma qabiliyyətinin pozulması nəticəsində yumurta hüceyrəsinin borunun ampula hissəsinə (normada mayalanma məhz burada baş tutur) çata bilməməsi səbəbindən mayalanma daha tez baş verərsə və ya mayalanmış yumurta hüceyrəsi borunun ampula hissəsində “ilişib” qalarsa, yaranmış olan rüşeym uşaqlıq borusu divarına implantasiya (daxil olmaq) olunsa uşaqlıqdankənar (boru) hamiləlik baş vermiş olar. Uşaqlıqdan kənar hamiləlik aşkar olduqdan sonra tez bir zamanda aradan götürülməlidir (ananın sağlamlığı və hətta həyatı üçün böyük təhlükə yaratdığı üçün);

- Fallopi borularının tam şəkildə keçməməzliyi – sonsuzluğun olması deməkdir. Çünki bu zaman mayalanmanın baş verə bilməsi üçün yumurta hüceyrəsi ilə spermatozoidin “görüşməsi” mümkün olmur.

Uşaqlıq boruları keçiriciliyinin diaqnostikası üçün ən çox istifadə edilən üsul – kontrast rentgenoloji müayinədir (histerosalpinqoqrafiya - HSQ). Bu müayinə zamanı uşaqlıq boşluğuna xüsusi maddə daxil edilir. Uşaqlıq borularının keçiriciliyi normal olduğu halda bu kontrast maddə qarın boşluğuna daxil ola bilir. Kontrast maddə qarın boşluğuna daxil olmadıqda isə, bu, boruların tam şəkildə tutulması deməkdir.

HSQ-dan əvvəl cinsi yollarda iltihabın olmadığına əmin olmaq üçün uşaqlıq yollarından yaxmalar götürülür. Tsikl zamanı hamiləliyin olmamasına tam əmin olmaq üçün, bu müayinəni əksər hallarda aybaşı başa çatan kimi (adətən, tsiklin 5-7-ci günlərində) aparırlar. Bu çox vacib hesab edilir. Belə ki, HSQ keçirilən tsikldə hamiləlik baş vermiş olarsa, bu zaman hamiləlik pozula bilər. Bəzi hallarda histerosalpinqoqrafiya (HSQ) bir müddət keçdikdən sonra (məsələn, iltihabi proses müalicə olunduqdan sonra) təkrar olaraq aparıla bilər.

Əgər rentgen şəklində uşaqlıq borularının tam şəkildə tutulması aydın görünərsə, bu halda təkrarən HSQ aparılması əhəmiyyətsiz hesab edilir. Bu zaman ya uşaqlıq boruları keçiriciliyini bərpa etmək, ya da ekstra korporal mayalanma (EKM) üsuluna əl atmaq lazımdır.

Histerosalpinqoqrafiya müayinəsi bir qədər narahatedici, bəzən isə ağrılı (borular ətrafında çapıqlar olduğu halda) müayinə üsuludur. Müayinə zamanı olan ağrıları azaltmaq üçün HSQ zamanı qadına spazmolitik dərman preparatları vururlar ki, bunun da nəticəsində müayinə nisbətən ağrısız keçir.

Hal-hazırda uşaqlıq borularının keçiriciliyini, həmçinin uşaqlığın özünün, onun  iç qatının və yumurtalıqların vəziyyətini daha dəqiq müayinə üsulu olan laparoskopiya ilə tədqiq edirlər. Laparoskopiya – cərrahi müdaxilə üsuludur. Bu zaman qarının ön divarında açılan bir neçə sayda kiçik kəsiklər (0,5-1 sm ölçüsündə) vasitəsi ilə, qadının qarın boşluğuna xüsusi optik cihaz və cərrahi alətlər daxil edilir. Laparoskopiya zamanı həkim nəinki çapıq toxumalarını, endometrioz ocaqlarını, miomatoz düyünləri və s. patoloji halları görə bilir, hətta, tələb olunarsa, dərhal cərrahi müdaxilə də (çapıqların aralanması, endometrioz ocaqlarının yandırılması və s.) apara bilər. Laparoskopiya narkoz verilməklə aparıldığı üçün qadın bu müayinə zamanı heç bir narahatlıq hiss etmir, göbək dərinliyindən və qarının aşağı hissəsində aparılan kiçik kəsiklərin (deşiklərin) yeri isə sonradan, hətta bikini geyildikdə belə, praktik olaraq nəzərə çarpmırlar.

Uşaqlıq borularının keçiriciliyini cərrahi yolla da bərpa etmək mümkün olmadıqda hamiləliyin baş verməsi üçün müxtəlif köməkçi reproduktiv üsullarından istifadə edirlər.

Mayalanmanın müvəffəqiyyətlə baş verməsi üçün uşaqlıq borularının keçiriciliyindən başqa, onların yığılma (peristaltika) xüsusiyyətlərinin normal səviyyədə olması da vacib hesab edilir. Ona görə ki, yumurta hüceyrəsi özü hərəkət etmək qabiliyyətinə malik deyil və onu uşaqlıq boruları hərəkət etdirirlər. Fallopi borularının yığılma qabiliyyətini aşkar etmək üçün kimopertubasiya adlanan xüsusi müayinə üsulundan istifadə edilir. Bu müayinə zamanı uşaqlıq boşluğuna xüsusi cihaz vasitəsi ilə qaz daxil edilir, kompüter isə uşaqlıq borularının yığılma tezliklərini və amplitudasını (dərəcəsini) sayır. Kimopertubasiya müayinəsini ovulyasiya baş verənə qədər - aybaşı tsiklinin 1-ci mərhələsində aparmaq daha məqsədəuyğun hesab edilir. Müayinə aparılan anda və ondan 4 ay əvvəlki müddət ərzində, cinsi orqanlarda kəskin iltihabi proseslər və infeksiyalar (uşaqlıq yollarından götürülən yaxmalar “təmiz” olmalıdır) olmamalıdır. Kimopertubasiya müayinəsi aparılmazdan əvvəl yoğun bağırsağı və sidik kisəsini tam şəkildə boşaltmaq lazımdır. Aparılan bu müayinə zamanı, qadınlarda praktiki olaraq ağrı olmur və bu halda spazmolitik dərman inyeksiyasından başqa, heç bir digər ağrısızlaşdırma tələb olunmur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri