Icma.az
close
up
RU
Uşaqlıq anlarını niyə xatırlamırıq? MARAQLI FAKTLAR

Uşaqlıq anlarını niyə xatırlamırıq? MARAQLI FAKTLAR

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Yəqin ki, çoxumuz nə yaxşı ki, uşaqlığımızın erkən illərini xatırlamırıq deyə düşünürük. Axı, həyatımızın ilk illərində biz təkcə yeriməyi və danışmağı öyrənmirik, həm də daima ağlayırıq, diş çıxarırıq və bundan dolayı bədənimizdə baş verən ağrılar olur və s.

Bəs biz bu anları tamamilə unuduruq?

Yeni araşdırmalar göstərir ki, uşaqların yaddaşı göründüyündən daha mürəkkəbdir və körpələr ümumiyyətlə düşündüyümüz qədər unutqan deyillər.

Uşaqlığımızın ilk 3-4 ilində baş verən hadisələri xatırlamadığımız fenomen elmi olaraq “infantil amneziya” adlanır. Alimlər üçün araşdırma aparmaq çətindir, çünki körpələr öz xatirələri haqqında danışa bilmirlər. Uşaqlarda yaddaşın necə işlədiyini başa düşmək üçün onları sadəcə müşahidə etmək kifayət deyil – fərqli yanaşma lazımdır.

Bu yaxınlarda elm adamları funksional maqnit rezonans görüntüləmə (fMRI) vasitəsilə körpələrin məlumatları necə yadda saxladıqlarını yoxlamaq qərarına gəliblər. Körpələrə şəkillər göstərilib, onların arasında bəzən artıq tanış olan şəkillər də təkrarlanıb. Uşaq onları tanısaydı, şəkillərə daha çox baxacaqdı. Bu sadə üsul elm adamlarına körpələrin xatirələrinin həqiqətən işlədiyini, lakin sonradan bu xatirələrin silindiyini aşkar etməyə imkan verdi.

Bəs niyə həyatımızın ilk illərini xatırlamırıq?

Məsələ ondadır ki, epizodik xatirələri, yəni sözlə təsvir edə biləcəyimiz xatirələri saxlamaq üçün beyin kifayət qədər inkişaf etməlidir. Körpələrdə bu strukturlar hələ tam formalaşmayıb, ona görə də məlumat yalnız qısa müddət ərzində saxlanılır və sonra yox olur.

Körpənin beyni necə işləyir?

Uzun illər elm adamları körpələrin hadisələri xatırlaya bilmədiklərinə inanırdılar, çünki onların beynin epizodik yaddaşdan məsul olan hipokampus sahəsi hələ kifayət qədər inkişaf etməmişdi. Ancaq müasir araşdırmalar bunun tamamilə doğru olmadığını göstərdi. Məlum oldu ki, körpənin beyni xatirələr formalaşdırmağa qadirdir, lakin bu xatirələr zaman keçdikcə əlçatmaz olur.

Bəs beyin bu xatirələri yaradırsa, onlar hara gedir?

Bu suala hələ ki, dəqiq cavab yoxdur. Bəlkə də körpənin yaddaşı müvəqqəti saxlama prinsipi ilə işləyir və sonra məlumat sadəcə yenidən yazılır. Başqa bir nəzəriyyəyə görə, xatirələr beyində qalır, lakin sanki bloklanmış kimi əlçatmaz olur.

Bəzi elm adamları hətta bu erkən xatirələrin bir şəkildə şüurumuzun dərinliklərində saxlandığını və onları xatırlamasaq da, yetkinlik dövründə bizə təsir edə biləcəyi ehtimalını irəli sürürlər. Ancaq hələlik bu, elmi fərziyyə ilə fantastika arasındakı sərhəddə qalır.

Uşaqlığı hansı yaşdan xatırlayırıq?

Əksər insanlar hadisələri 3-4 yaşında şüurlu şəkildə xatırlamağa başlayırlar. Bunun səbəbi erkən uşaqlıqda uzunmüddətli yaddaşa cavabdeh olan hipokampusun hələ tam inkişaf etməməsidir. Bundan əlavə, azyaşlı uşaqlar dil öyrənməyə təzə başlayırlar və sözlər olmadan xatirələri zehnində düzəltmək çətindir. Bəzi insanlar 2 yaşında baş verənləri xatırladıqlarını iddia edirlər, lakin çox vaxt belə xatirələr qeyri-dəqiq olur. İnsanlar onları fotoşəkillərə, valideynlərin hekayələrinə və ya hətta xəyallara əsaslanaraq şüursuz şəkildə tamamlaya bilir./bizim.media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Mart 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri